II Yelizaveta Britaniya taxtını ən uzun müddət idarə edən monarx rekordunu yeniləyəcək
Tarix: 09.09.2015 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Hazırda Britaniya tarixində 63 il, 7 ay və 2 günlük (23226 gün 16 saat) ən uzunsürən monarx rekordu kraliça Viktoriyaya aiddir (1837-1901). Onun dövründə Britaniya imperiyası özünün çiçəklənmə dövrünü yaşayıb. Lakin bu gün London vaxtı ilə 17:30-da (Bakı vaxtı ilə 21:30-da) II Yelizaveta bu göstəricini təzələyəcək. Rusiyanın NTV telekanalı xəbər verir ki, kraliça öz rekordunu Borders dəmir yolunda kiçik səyahətlə qeyd edəcək. 89 yaşlı II Yelizaveta Tvidbenk kəndində dəmir yol stansiyası binasının təntənəli açılışını həyata keçirəcək. Bundan sonra kraliça gecəni Balmoral qəsrində nəvəsi Uilyam və onun həyat yoldaşı Keytin yanında keçirəcək.
Baş nazir Devid Kemeron isə bu gün siyasətçilərin II Yelizavetaya britaniyalıların maraqları naminə 63 illik xidmətinə görə təşəkkür nitqlərinin səslənəcəyi Britaniya parlamentində təntənəli mərasimə başçılıq edəcək.
Kraliçanın göstərişi ilə bu gün Bukingem sarayının qapıları nəinki turistlər, eyni zamanda Böyük Britaniya, ABŞ və bəzi digər dövlətlərin 10 televiziya kompaniyası üçün də açıq olacaq. Telekanallar 24 saat ərzində saray parkının çəmənliyindən günün hadisələri
barədə reportajlar yayımlayacaq.
Britaniyada bu günlə əlaqədar olaraq üzərində II Yelizavetanın eyni zamanda beş əksi olan 20 funt sterlinq nominalında xatirə sikkəsi
də buraxılacaq.
Qeyd edək ki, SkyNews telekanalının keçirdiyi sorğuya əsasən britaniyalıların 70 faizi monarxiyanın əbədi saxlanılmasının tərəfdarıdır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info