Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir
Tarix: 09.09.2015 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Sentyabrın 9-da Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” işinə başlayıb. İldə bir dəfə keçirilən IOTA-nın Təlim Forumu 10 ildən artıqdır ki, mövcuddur və sonuncu belə Forum 2014-cü ilin 7-9 may tarixlərində Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində keçirilib. IOTA-nın digər Forumlarından fərqli olaraq Təlim Forumu Vergi Administrasiyalarının dolayısı ilə bütün fəaliyyət istiqamətlərini əhatə edir. Təlim Forumunun işinin təşkili məqsədilə yaradılmış Rəhbər Qrupunun tərkibinə onun fəaliyyətinə cəlb edilmiş üzv dövlətlərin mütəxəssisləri daxildir. Təlim Forumu 2015/2016-cı illərdə yeni başlıq altında - Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu adı ilə fəaliyyətini davam etdirir. Forumun prioritet sahələrinə elektron tədris və mobil tədris, smartfon, tablet və dizüstü kompüterlərdən istifadə, sosial tədris və sosial şəbəkələrdən istifadə, beynəlxalq müstəvidə əməkdaşlıq, akkreditasiya və vergi peşəkarlığı daxildir.
Forumun əsas məqsədi vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaratmaqdır.
Azərbaycanın ev sahibliyi etdiyi Forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak edib. Forumun ilk günü İsveç, Macarıstan, Niderland və İtaliya Vergi Administrasiyaları nümayəndələrinin təqdimatları nümayiş olunub. Forum zamanı iştirakçıları təlimin səmərəliliyini qiymətləndirmək, məktəblərdə vergi təhsili ilə bağlı proqramların və layihələrin tətbiqini təhlil etmək imkanı əldə edəcəklər. Həmçinin, Forumda vebinarlardan (veb seminar) istifadə, virtual təlim, peşəkar tədris və inkişafa dair video təlimatlar kimi mühüm məsələlər müzakirə ediləcək. Üç gün davam edəcək forumun ilk və son günü Bakı şəhərində, ikinci günü isə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info