“Teymurla finalda mübarizə aparmaq ideal olardı”
Tarix: 09.09.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


“Son günlər azərbaycanlı şahmatçılar Qəbələdə hazırlıq keçdilər. Düşünürəm ki, hər şey normal oldu. Əsasən ilk mərhələdəki rəqiblərimizə hazırlaşırdıq. Budəfəki Dünya Kuboku heyət baxımından ən güclüdür.
Ona görə əvvəlcə ilk rəqib haqda düşünmək vacibdir”.
Bu sözlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdur. Bakıda start götürəcək Dünya Kuboku haqda fikirlərini bildirən Məmmədyarov əllərindən gələni edəcəyini söyləyib: “Dünya Kubokunda əsas finalçı olmalısan. Yalnız finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu şahmatçılar üçün sonuncu şansdır. Son üç mövsümdə Azərbaycan dünya çempionluğuna iddiaçıların turnirində təmsil olunub. Çox istərdik ki, yeni mövsümdə də belə olsun”. Təmsilçimizin indiyə qədər Dünya Kubokunda ən yaxşı nəticəsi 1/4 finala vəsiqə qazanmaq olub: “Dünya Kubokunda yekun nəticəni proqnoz vermək mümkün deyil. Hər bir şahmatçı iki dəfə üz-üzə gəlir. Düzgün taktika, hətta güclü rəqibi belə məğlub etməyə kömək edir. Sözsüz ki, bütün şahmatçılarımıza inanırıq. Daha çox mənimlə yanaşı, Teymur Rəcəbovdan uğur gözlənilir. Çox istərdim Dünya Kubokunun finalında iki azərbaycanlı şahmatçı qarşılaşsın. Teymurla finalda mübarizə aparmaq ideal olardı. İndiki halda bizi çətin marafon gözləyir. Hər bir şahmatçımıza uğurlar arzulayıram”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info