Miqrantlar xarici müdaxilənin qurbanlarıdır
Tarix: 10.09.2015 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Geopolitika i mirovaya politika”: “ABŞ və Avropa dövlətlərinin İraq, Əfqanıstan, Liviya və Suriyada apardığı qanlı döyüşlər miqrant faciəsini yaratdı”

“İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın, - hansı ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar - Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir. Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə, onların fəlakətidir”.
Bu fikirlər Azərbaycan Prezideni İlham Əliyevə məxsusdur. Prezident çox sərrast ifadələrlə humanitar fəlakətin əsl səbəbini açıb göstərir. Bəs, Avropa nə edir?
Türkiyənin Bodrum kurort şəhərinin çimərliyində tapılan 3 yaşlı kürd əsilli Aylan Kurdinin cəsədi bütün Avropaya şok yaşadıb. Varlı, imkanlı Avropa onun ərazilərinə daxil olmağa cəhd edən minlərlə qaçqın miqrantlara təkəbbürlə əl yellədi. Avropa Birliyi ölkələrində nəzarət altına alına bilinməyən miqrantların saynın artıq 350 mini keçdiyi barədə xəbərlər dolaşmaqdadır. Bunların təxminən üçdə biri Suriyadan gələn qaçqınlardır. Qaçqınların əksəriyyəti daha çox üç ölkənin - İtaliya, Yunanıstan və Macarıstanın ərazilərinə daxil olurlar. Məhz bu mənada qaçqınların sayı barədə göstərilən qeyri-rəsmi rəqəmlərdən fərqli olraq, əslində onların sayı daha çoxdur.
Miqrantlar haradan və niyə qaçırlar? Deyildiyi kimi, onların üçdə biri Suriya vətəndaşlarıdırlar. Suriyalılarla yanaşı, miqrasiya edənlərin xeyli hisəsi də Liviya vətəndaşlarıdır. Əgər miqranların bir hissəsi Yunanıstana keçmək üçün Egey dənizini seçirsə, digərləri fırtınalı Aralıq dənizini seçmək məcburiyyətində qalırlar. Qeyd edilməlidir ki, Apropaya miqrasiya edənlər arsında əfqanlar da çoxluq təşkil edirlər. Verilən məlumata görə, onlar Avropaya köç edən miqrantların 12 faizini təşkil edirlər. Avropaya köç edənlər sırasında Afrikanın Eritreya, Nigeriya, Somali kimi ölkələrinin əhalisi də çoxluq təşkil edirlər. İngiltərənin Baş naziri Kameron artıq baş verənlərdə Suriya prezidenti Əsədi ittiham etməyə vaxt tapıb. Onun sözlərinə görə, baş verənlərə görə əsas günahkar Əsəd və “İŞİD”-dir. Məhz onların ucbatından əhali Avropa ölkələrinə qaçırlar. Rusiyanın “Geopolitika i mirovaya politika” nəşrinin yazdığına görə, Baş nazir yəqin ki, ABŞ Dövlət Departamenti ilə birlikdə «Suriya müxalifəti»nə, əslində isə terrorçu və muzdlulara göstərdiyi yardımı unudub. O, onlara müharibənin bütün mərhələlərində dəstək olduğunu, silah və texnika ilə təmin etdiyini də unudub. Məhz elə bunun nəticəsi olaraq monstr «İslam Dövləti» yaradıldı. Nəticə də göz önündədir, həm Suriyanın, həm də İraqın yarıdan çoxu yerlə- yeksan olub. İndi bütün bunlarda günahkar yenə Əsəddir?
Bu gün Suriyanı ABŞ başda olmaqla “İŞİD”lə mübarizə adı altında yenə bombalayırlar. Nəticədə milyonlarla əhali ölkəni tərk etmək məcburiyyətində qalır. Budur Avropanın Şərqdə qurmaq istədiyi "demokratikləşmə"nin qiyməti. Belə vəziyyət Liviyada da hakimdir. Nəticə- məhv olmuş ölkələrin sakinləri Avropada daha yaxşı bir həyat ümidi ilə qaçqın həyatı yaşayırlar. Lakin bu ölkələrə demokratiya, Qərb standartlarına uyğun həyat vədi verən Avropa onları öz ərazilərinə buraxmağa tələsmir: “bizdə demokratiyadır, sizdə isə müharibə və xaos-öz evinizdə qalın”.
Amma Avropaya qaçqın axını davam etməkdədir. Onların əksəriyyəti yüksək ixtisaslı mütəxəssiəslər- mühəndislər, arxitektorlar, həkimlərdir. Lakin onların bu miqdarda Avropa ölkələrinə daxil olmaları bu ölkələrin iqtisadiyyatı və sosial siyasəti üçün ciddi zərbədir. Axı, qaçqınları saxlamaq üçün dövlət pul ayırmalıdır.
Unutmaq lazım deyil ki, Avropaya məcburiyyətdən üz tutanlara bu ölkələrdə münasibətlər birmənalı deyil. Bu ölkələrdə onlara qarşı millətçilər və ultra mütəşəkkil qrupların hücumları baş verməkdədir. Almaniyanın Heppenhaym şəhərində yerlilərin miqrantlara qarşı göstərdikləri münasibətlər, onlara qarşı törədilən cinayətlər bu hadisələrdən birdir. Bəlkə də, elə bunun nəticəsidir ki, Avropada millətçi əhvali-ruhiyyə son dövrlər xeyli inkişaf etməkdədir. Millətçi əhvali-ruhiyyəli təşkilatlar daha çox Avropa Birliyinin aparıcı ölkələrində baş qaldırmaqdadır. Hətta «İslam Dövləti» rəhbərlərindən birinin «Öz döyüşçülərilə Avropada daşqın» yaradacağı barədə dedikləri də bu ölkələrdə birmənalı qarşılanmayıb.
Lakin bütün baş verənlərə rəğmən, son baş verəcək hadisələri təxmin etmək o qədər də çətin deyil. Avropa ölkələri gələn qaçqınları öz ərazilərinə buraxmağa məcbur olacaqlar. Avropada onların sayının kəskin artması nəticəsində Qərbdə yaşayış səviyyəsi aşağı düşməyə, sosial gərginlik isə inkişaf etməyə başlayacaq. Avropa çaxnaşmaya sürüklənən panikaya qapılmaqdadır. Bu ölkələrdəki sağçı partiyalar hökumətin formalaşdırılmasına başlamaq və miqrantların məsələsini həll etmək üçün gücdən istifadə etməyə çağırırlar.
ABŞ-ın Avropa "müttəfiqləri" üçün hazırladığı qanlı xaos gözlənilir. Axı, bütün bunların hamısının başında ABŞ dayanır. Məhz Amerika həm Suriyada, həm Liviyada, həm də Əfqanıstanda qanlı döyüşlərə rəvac verib. Elə bünün nəticəsidir ki, Avropa bu ölkələrdən gələn qaçqınları qəbul etmək məcburiyyətində qalıb. Qaçqınların Avropaya köç etməsi ABŞ üçün də sərfəlidir. Axı, Amerika Dövlət Departamentinin siyasətinin əsas məqsədi rəqib kimi gördüyü Avropa Birliyini parçalamaqdan ibarətdir. Bu mənada, miqrantların axını Avropa Birliyi ölkələrində sabitliyi pozan amillərdən biri olacaq.
Sonda bir məsələni də xatırladaq ki, bu fəlakətin baiskarı olan Qərb “beşinci kolon” vasitəsilə Azərbaycana da “ərəb baharı”nı gətirmək istəyirdi. Bu məqsədlə milyonlarla dollar vəsait xərcləndi. Lakin istəkləri baş tutmadı. Azərbaycan xalqının dünyada baş verən hadisələrdən yaxşı baş çıxarması onların arzularını gözlərində qoydu.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info