İstintaq Boris Nemtsovun qətlinin motivlərini müəyyənləşdirib
Tarix: 10.09.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Rusiya müxalifətçisi Boris Nemtsovun qətli ilə bağlı cinayət işi üzrə istintaq qətlin törədilməsinin əsas versiyası olan "siyasi, ideoloji, irqi, milli və ya dini düşmənçilik" motivini qəbul etməyə hazırdır. “İnterfax” xəbər verir ki, istintaqın versiyası həbs olunan Zaur Dadayev və Anzor Qubaşevin ilkin ifadələrinə əsaslanır.
Onlar öz ifadələrində siyasətçini şəxsi nifrətə görə öldürməyə qərar verdiklərini deyiblər. Onların fikrincə, Boris Nemtsov Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən "Charlie Hebdo" jurnalistlərini dəstəkləməklə bütün müsəlmanları təhqir edib. Bununla yanaşı, istintaq öz işinə ilin sonunadək yekun vurmağı planlaşdırır. Xatırladaq ki, Rusiya baş nazirinin sabiq müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov bu il fevralın 28-nə keçən gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsü üzərində qətlə yetirilmişdi.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info