“Maliyyə böhranının əsas səbəbləri siyasi amillərlə bağlıdır”
Tarix: 10.09.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Natiq Əliyev: “Azərbaycan düşünülmüş iqtisadi
siyasət əsasında bu mərhələni də geridə qoyacaq”


“Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə dünyada müşayiət olunan iqtisadi və maliyyə böhranının əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, ölkəmiz düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq”.
Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu fikirləri energetika naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri Natiq Əliyev dünən Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevlə keçirdiyi görüşdə səsləndirib. Görüşdə iki ölkə arasındakı dərin tarixi köklərə və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, siyasi-iqtisadi əlaqələrin möhkəmliyi enerji sektorunda da uğurlu əməkdaşlığı təmin edib və birgə layihələrin həyata keçirilməsini mümkünləşdirib. Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti də təqdirəlayiq hesab edilərək, əməkdaşlığın gələcək istiqamətləri və dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı ətrafında fikir mübadiləsi aparılıb. Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə müşayiət olunan bu böhranın təsirlərindən danışan Natiq Əliyev qeyd edib ki, bu prosesin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır. Nazir deyib: “Ölkənin yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq. Bütün ölkələr, o cümlədən Qazaxıstan da mövcud vəziyyətdən ancaq öz praqmatizmi ilə çıxa bilər.” Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev isə bildirib ki, bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi onun diplomatik fəaliyyətində də prioritet təşkil edəcək. İkitərəfli münasibətlərin inkişafında isə qarşılıqlı səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd edilərək, Astanada keçiriləcək “EKSPO-2017 “ Beynəlxalq Sərgisinin təşkili ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info