Ötən 9 ayda Azərbaycana bir milyona yaxın turist gəlib
Tarix: 10.09.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Nazir müavini: “Son on ildə Azərbaycana gələn
turistlər 1,3 milyard manat vəsait xərcləyiblər”


“Ötən doqquz ay ərzində Azərbaycana bir milyona yaxın turist səfər edib”. Bunu turizmlə bağlı keçirilən biznes-forumda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. Onun sözlərinə görə, Azərbaycana turistlər, əsasən, Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlir: “Qonşu ölkələrdə baş verən iqtisadi çətinliklər turistlərin sayına
təsir edir.

Məsələn, Rusiyadan gələn turistlərin sayında bu il 87 minə yaxın azalma olub”. Nazir müavini qeyd edib ki, dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəşti tətbiq edilir: “Bəlkə bizdə də bunu tətbiq etmək vaxtı çatıb. Artıq aviabiletlərin qiyməti ucuzlaşıb, aviabiletlərin qiymətlərinin endirilməsi Azərbaycana gəlmək üçün turizm paketinin qiymətinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabinetinin “Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları” təsdiqlənib. Artıq 65 turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək". N.Səmədov əlavə edib ki, viza ilə bağlı dünya təcrübəsinə əsaslanmaqla hazırlanan təkliflər Xarici İşlər Nazirliyinə təqdim edilib. Nazir müavininin sözlərinə görə, sahibkarlar nazirliyin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər: “Dövlət olaraq bu sahədə hansısa islahatları aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb”. Nazim Səmədov qeyd edib ki, 2005-2015-ci illərdə Azərbaycana gələn turistlər 1,3 milyard manat vəsait xərcləyiblər. Qeyd olunan on ildə turistlərin sayı 1,1 milyondan 2,3 milyona qədər artıb: “Otellərin sayı 262-dən 535-ə, turizm müəssisələrinin sayı 197-dən 286-ya çatıb. Hazırda turizm sektorunda 42 min işçi çalışır. Ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizdir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info