“Rusiya Azərbaycan ilə hərtərəfli əməkdaşlığa maraq göstərir”
Tarix: 10.09.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Rusiya telejurnalisti: “Rusiya Cənubi Qafqazdakı tərəfdaşına həqiqətən hörmətlə yanaşır və bir sıra aktual xarici-siyasi
məsələlərə dair Bakının dəstəyini almağa çalışır”


Rusiya telejurnalisti, keçmiş siyasi şərhçi və Rusiya televiziyasının Birinci kanalının Vaşinqton bürosunun başçısı, MDU-nun professoru Vladimir Suxoy Rusiya-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini “Moskva-Baku” portalına müsahibəsində təhlil edərək bildirib ki, Rusiya Azərbaycan ilə hərtərəfli əməkdaşlığa maraq göstərir.
Onun sözlərinə görə, “Azərbaycan Rusiya ilə yaxınlaşmaq istəyini hər vasitə ilə nümayiş etdirir, amma son vaxtlar getdikcə daha çox polyarlaşan güc mərkəzləri arasında balansı və siyasi tarazlığı qoruyub saxlamaq istəyir”. V.Suxoy hesab edir ki, Bakının prioritetləri yetərincə şəffafdır: “Azərbaycan bir çox sahələrdə bərabərhüquqlu əməkdaşlığın hər hansı variantını nəzərdən keçirməyə hazırdır, amma onun başlıca ümidi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə real köməyidir. Azərbaycanın Rusiyadan praktiki olaraq bircə xahişi var: işğal olunmuş ərazilərin azad edilməsi məqsədi ilə Kreml Ermənistana real təsir göstərsin. Sergey Lavrovun Bakıda Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş ilə bağlı bəzi bəyanatlarının ikibaşlı mənalarına görə, Moskvanın münaqişə edən tərəflərin dəstəkləmədiyi müəyyən yeni təklifləri var. Amma tərəqqi əldə ediləcəyinə möhkəm ümid və ümumi məxrəcə doğru güclü irəliləyiş var. V.Suxoy əmindir ki, Qarabağ probleminin həlinin yalnız bir variantı var: “Bu variant ondan ibarətdir ki, Ermənistan öz qoşunlarını tamamilə çıxarır, “DQR” və ona bitişik yeddi rayon üzərində nəzarət Azərbaycana keçir. Bakıda bunu tələb edirlər”. Rusiyalı telejurnalist qeyd edib ki, son vaxtlar ikitərəfli münasibətlər üçün səciyyəvi olan və Sergey Lavrovun Bakıya səfərinin ab-havasını müəyyən edən başlıca məsələ mehriban ünsiyyət, Rusiya ilə Azərbaycan arasında dialoqun səmərəli və uğurlu inkişafına istiqamət götürməkdir. Politoloq xatırladıb: “Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, RF Prezidenti Vladimir Putinin birinci Avropa Oyunlarının açılış mərasiminə Rusiya Günündə qatılması iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının parlaq göstəricisidir. Sergey Lavrov isə İlham Əliyevə Vladimir Putinin ən səmimi salamını çatdırıb. Sergey Lavrovun nitqində formal protokol tonları əsla müşahidə olunmayıb”. Builki yüksək səviyyəli ikitərəfli səfərlərdən və iki ölkənin xarici işlər nazirlərinin görüşlərindən danışan jurnalist bildirib ki, görüş və danışıqların gərgin cədvəli belə qənaətə gəlməyə imkan verir ki, tərəflər hər iki ölkə üçün dönüş xarakteri daşıyan ciddi məsələlərin müzakirəsi ilə məşğuldurlar. Rusiya Bakını Moskvanın inteqrasiya layihələrində görməyə şad olardı, amma bu ssenari üzərində israr etmir. V.Suxoy deyib: “S.Lavrov Azərbaycanın Avrasiya İttifaqına daxil olması perspektivləri barədə suala cavab verərək bildirib ki, Moskva tərəfdaşlarının Avrasiya məkanına maraq göstərməsinə həmişə sevinir. Amma son qərarı onların özü qəbul edir. Azərbaycanın seçiminə belə loyal münasibət göstərir ki, Rusiya Cənubi Qafqazdakı tərəfdaşına həqiqətən hörmətlə yanaşır və bir sıra aktual xarici-siyasi məsələlərə dair Bakının dəstəyini almağa çalışır”. Rusiya XİN başçısının Bakıya səfəri zamanı tərəflər razılaşıblar ki, Azərbaycan ilə RF-nin qarşılıqlı münasibətləri mehriban və qonşuluq prinsiplərinə əsaslanır. Politoloq fikrini belə tamamlayıb: “Deməli, Bakı ilə Moskvanın qarşılıqlı fəaliyyət siyasəti bundan sonra da bəzi postsovet ölkələrinin Kreml ilə münasibətlərində bəzən çatışmayan balans, hörmət və başqa tərəfin rəyini nəzərə almaq prinsipləri üzərində qurulacaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info