Mübariz Qurbanlı Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının sədri ilə görüşüb
Tarix: 10.09.2015 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Fransaya səfəri çərçivəsində Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının (CRİF) sədri Roger Cukiermanla görüşüb. Bu barədə DQİDK-nın mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri də iştirak ediblər. Görüş zamanı M.Qurbanlı Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq mühitindən danışıb. O, xüsusi olaraq qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında hökm sürən və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etdirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət dayanır.
Komitə sədri vurğulayıb ki, Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurası sədrinin Bakıya səfəri zamanı Dövlət Komitəsi, eləcə də Azərbaycandakı dini icmalarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr bugünkü görüş üçün zəmin yaradıb.
M.Qurbanlı Avropanın ən böyük yəhudi icmasını təmsil edən və Fransanın nüfuzlu təşkilatlarından olan Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasına və onun sədri Roger Cukiermana Azərbaycana göstərdikləri dost münasibətə görə təşəkkür edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info