Neftin qiyməti qalxacaq
Tarix: 10.09.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ABŞ-da hasilat həcmlərinin azalması fonunda dünya bazarlarında neftin qiymətlərinin artmasını gözləyir. Bunu “Trend”ə agentliyin Korporasiyalar şöbəsinin baş direktoru Maksim Edelson deyib.
Onun sözlərinə əsasən, neftin qiymətlərinin azalmasına bir neçə faktor təsir edir ki, onlardan əsası ABŞ-da şist neftin hasilatının həcminin böyük olmasıdır: “ABŞ-da şist neftin hasilatının maya dəyəri olduqca yüksəkdir (1 barelə görə 50-100 dollar) və buna görə də neft şirkətlərinin bəziləri bazarı tərk ediblər. Bu hasilat həcminə hələ təsir etməyib, lakin yaxın bir neçə il ərzində təsirini göstərəcək”.
Baş direktor bildirib ki, özəl istehsalçılar hazırda çox çətin vəziyyətdədirlər, çünki onların tarixən aldıqları pul axını tam tükənməsə də, xeyli azalıb: “Lakin bu şirkətləri maliyyələşdirməyə hazır olan sərmayədarlar var. Bu da onlara neftin indiki qiymətləri fonunda mövcudluğunu davam etdirməyə imkan verir. Neftin qiymətləri məsələsi onun nə vaxt ucuzlaşacağına və bunun hansı məbləğə qədər azalacağına söykənir. Biz gözləyirik ki, azalma baş verəcək və o, özü ilə neft kotirovkalarını yüksəldəcək. Ancaq bu, mütləq baş verməlidir. Çünki ABŞ-ın neft hasilatçı şirkətlərinin bəziləri çox çətin maliyyə vəziyyətindədirlər və faktiki olaraq onları maliyyələşdirən banklardan asılıdırlar”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib
18.01.2019
“Azeri Light”ın bir barreli 62,61 dollara satılır
18.01.2019
7 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
18.01.2019
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
18.01.2019
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info