Rusiya Xəzərdəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib
Tarix: 10.09.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Bu gün Rusiya və Belarusun birgə operativ hərbi təlimləri başlayıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, “İttifaq qalxanı-2015” təlimləri çərçivəsində Rusiyanın Baltik donanmasının hərbi birləşmə və bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Sahil qoşunları döyüş texnikası və silahları ilə birlikdə hərbi kolonların formalaşdığı ərazilərə doğru hərəkət edir, oradan isə taktiki fəaliyyətləri yerinə yetirmək üçün Kalininqrad vilayətindəki poliqona marş həyata keçirəcəklər.
Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin qüvvələrinin də qəfil yoxlanışı aparılır. İvanovsk, Ulyanovsk və Volqoqrad vilayətlərində hava-destant qoşunları həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Xəzər filotiliyasının sahil qoşunları və hərbi gəmi birləşmələri də ən yüksək səviyyədə döyüş hazırlığı vəziyyətinə gətirilib. Həştərxan və Mahaçqala daimi baza məntəqələrindən Xəzər dənizinə 40-a yaxın hərbi və yardım gəmisi buraxılıb.
Qəfil yoxlanış zamanı Hava Kosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının "An-2" təyyarə eskadrilyası da hərəkətə gətirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info