“Ermənistan və erməni diaspor təşkilatları rasizm meylli təhlükəli siyasətə son qoymalıdır”
Tarix: 10.09.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasının dövlət atributlarının, o cümlədən bayrağının təhqir edilməsi yolverilməzdir”.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Gürcüstandakı erməni ictimai təşkilatları və erməni apostol kilsəsinin yeparxiyası tərəfindən gənc ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərləri çərçivəsində Azərbaycanın dövlət atributlarının təhqir edilməsi faktı ilə bağlı deyib.
Onun sözlərinə görə, mənəvi və etik çərçivədən kənar olan bu kimi davranış bir daha onu göstərir ki, Ermənistan və erməni diaspor təşkilatları tərəfindən gənclər arasında irqi ayrı-seçkilik, ksenofobiya, etnik nifrət, “ASALA” terrorçularından “qəhrəman” obrazının yaradılması, terrorizm və ekstremizmin ideoloji təbliğatı siyasəti aparılır: “Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu barəsində rasizm meylli fikirlər söyləmiş, Ermənistan prezident Serj Sarkisyan isə erməni gəncləri qarşısında çıxış edərək, ermənilərin “üstün genetik xüsusiyyətləri” və qonşu dövlətləri nəzərdə tutaraq, erməni gəncləri qarşısında “tarixi erməni torpaqları”nı azad etmək kimi missiyanın durması barəsində çağırışlar etmişdi. Ermənistanda dövlət səviyyəsində irqi ayrı-seçkilik, ekstremizm və terrorizm əsasında aparılan bu kimi ideoloji təbliğat, gənc nəsil, o cümlədən diaspordan olan gənclərin bu ruhda tərbiyə edilməsi və erməni apostol kilsəsinin yeparxiyasının da bu proseslərdə iştirakı bütün regionu ciddi potensial təhlükələr qarşısında qoyur. Ermənistan və erməni diaspor təşkilatları rasizm meylli bu təhlükəli siyasətə son qoymalı, gənc nəsli radikalizm, ekstremizm və terrorizm meyllərindən çəkindirməli və qonşu xalqlar və dövlətlərlə barışığa, dostluğa və sülhə səsləyən siyasət yürütməlidir”.
Qeyd edək ki, erməni əsilli Gürcüstan vətəndaşları mediada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri, orada Azərbaycanın dövlət atributlarını, o cümlədən bayrağını təhqir etmələri ilə bağlı faktlar, fotolar paylaşıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info