Prezident Texniki-Humanitar Liseydə
Tarix: 10.09.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilib. Qeyd edildi ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb. Liseyin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Nəsimi rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Texniki-Humanitar Liseydə də bütün sinif otaqları, fənn kabinetləri ən müasir səviyyədə qurulub. Lisey yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Qeyd olundu ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur. Texniki-Humanitar Lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində liseyi bitirən 112 məzunun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 17-si 600-dən yuxarı bal toplayıb.
Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info