Bakıdan Gəncəyə ikimərtəbəli qatarlar işləyəcək
Tarix: 10.09.2015 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Yaxın gələcəkdə Gəncə istiqamətində dəmir yolunda sərnişindaşımada ikimərtəbəli qatarlardan istifadə olunacaq. Bunu "Azərbaycan Dəmir Yollları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazırlanır: “Yeni icra olunacaq layihələr çərçivəsində iki mərtəbəli qatarların Gəncə istiqamətində dəmir yolunda sərnişindaşımada xəttə buraxılması da var. Amma bu məsələyə Bakı-Sumqayıt qatar xətti işə salınandan sonra baxılacaq. Hazırda diqqət Bakı-Sumqayıt qatar xəttinin işə salınmasına yönəlib. Məqsədimiz odur ki, yeni tədris ilindən etibarən bu iş yekunlaşsın və insanlar mənzil başına daha rahat çata bilsinlər”. Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və işlər artıq yekunlaşmaq üzrədir. Sentyabrın 15-də işə düşəcək yeni dəmir yolu xəttində istifadə üçün Azərbaycana KİSS markalı 2 iki mərtəbəli elektrik qatarı gətirilib. Daha 3 elektrik qatarı ısə bu ilin sonuna kimi gətirilərək xəttə buraxılacaq. İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarının ümumi sərnişin tutumu 919 nəfərdir. Bütün müasir tələblərə cavab verən yeni qatarlarda sərnişinlərin rahatlığı üçün hər bir şərait yaradılıb.

N.Gəncəli




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info