Kəngərli rayonunda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir
Tarix: 10.09.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Bu gün ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən tədbirlər əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verir. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında da ilin bütün fəsillərində əhali dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Bununla bağlı Kəngərli rayonunda lazımi işlər görülüb.
Bu fikirlər Kəngərli Rayon İcra Hakimiyyətində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, rayon üzrə 44 fərdi qazanxana, 3 kombi istilik sistemi mövcuddur. Bu il abadlıq-quruculuq işləri aparılan Yurdçu kəndində yaradılan yeni sosial obyektlər də müasir istilik sistemi ilə təmin olunacaq.
Qeyd olunub ki, Kəngərli Qaz İstismarı İdarəsi, eləcə də rayon Elektrik Şəbəkəsi qış mövsümünü problemsiz başa vurmaq üçün öz işlərini digər təşkilatlarla əlaqəli şəkildə qurmalıdırlar. Elektrik və qaz təsərrüfatında mövcud vəziyyət tam öyrənilməli, aşkar edilən nöqsanlar planlı şəkildə aradan qaldırılmalıdır. Hər bir qazanxana mütəxəssislər tərəfindən yoxlanılmalı, bu barədə müvafiq akt tərtib edilərək ətraflı məlumat verilməlidir. Yaşayış evlərinin qızdırılması ilə bağlı qaldırılmış hər bir məsələyə ciddi reaksiya verilməli, kimsəsiz və tənha vətəndaşlar daim diqqət mərkəzində saxlanılmalıdır.
İcra hakimiyyətinin başçısı bildirib ki, payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fasiləsiz fəaliyyəti təmin olunmalı, qazanxanaların işinə nəzarət artırılmalıdır. Qıvraq qəsəbəsində və kəndlərdə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin dərman preparatları ilə təminatı daha da gücləndirilməli, sosial obyektlərin mühafizəsinə diqqət artırılmalı, dövlət əmlakı qorunmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info