DİN: «Sosial şəbəkələrdəki saxta profillərə inanmayın»
Tarix: 05.02.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Azərbaycanın rəsmi şəxslərinin adına saxta profillər yaradılıb. Bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adına da saxta profil açılıb. Ə. Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus olmadığını bildirib. “Facebook” sosial şəbəkəsində profili yaradılan şəxslərdən biri də daxili işlər naziri, general polkovnik Ramil Usubovdur. Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bu profillərin saxta olduğunu qeyd edib: “Bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyəti yoxdur”. S. Gözəlov həmçinin vətəndaşların internet vasitəsi ilə nazir R. Usubova müraciət etməyin yollarını da izah edib: “Bir daha diqqətə çatdırırıq ki, respublikanın daxili işlər nazirinə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsi DİN-in internet saytıdır. Bu məqsədlə nazirliyin veb saytına daxil olaraq, “Vətəndaşların müraciətləri və qəbulu” bölməsinə keçid etmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info