Türkiyə və Qazaxıstan universitetlərinin nümayəndə heyəti BSU-da
Tarix: 10.09.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Türkiyə Orta Doğu Tekniki Universitetinin və Avrasya İncələmələri Mərkəzinin nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) qonaq olub. Görüş zamanı BSU-nun yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb. Bildirilib ki, BSU-da slavyanşünaslıq, tərcümə, ölkəşünaslıq, beynəlxalq münasibətlər, türkiyəşünaslıq və başqa sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda universitetdə Türkiyə araşdırmaları mərkəzinin fəaliyət göstərdiyi haqqında qonaqlara ətraflı məlumat verilib. Universitetin xarici ölkələrin bir çox təhsil müəssisələri ilə əməkdaşlığı qonaqların diqqətinə çatdırılıb.
Görüş çərçivəsində birgə tədbirlərin təşkili, avrasiyaçılığın öyrənilməsi və tərəflər arasında əlaqələrin daha da gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib.
Ayşegül Aydıngün və Aslan Yavuzun rəhbərlik etdiyi heyət rektor Asif Hacıyevə təşəkkürlərini bildirərək gələcəkdə birgə görüləcək işlərin hər tərəf üçün faydalı olacağını vurğulayıb.
Qazaxıstanın L. Qumilyov adına Avrasiya Milli Universitetinin professorları Qulqayşa Saqidolda və Eskeeva Magripa da BSU-nun qonağı olublar. Görüş zamanı universitetlərin əməkdaşlarının birgə iştirakı ilə Azərbaycan və Qazax dilləri, folkloru, iki dildən tərcümə məsələləri, ədəbiyyatı üzrə müqayisəli tədqiqatların aparılması, lüğətlərin hazırlanması barədə danışıqlar aparılıb.

Aytəkin Qardaşova




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info