Birinci kurslarda elektron jurnallar tətbiq olunacaq
Tarix: 10.09.2015 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində yeni tədris ilinə hazırlıqın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq kollektivi qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, uğurlar arzu edib. Rektor bildirib ki, ötən tədris ili ali məktəb üçün elm, tədris, beynəlxalq əlaqələrin inkişafı sahəsində bir sıra uğurlarla əlamətdar olub. Az qala yarım əsrlik bir tarixə malik, çoxillik ənənələrə söykənən ali təhsil ocağı bu gün müasir dünya təhsil sisteminin tələbləri səviyyəsində inamla inkişaf edir. Universitetin maddi-texniki bazasının gücləndirilməsinə bilavasitə dövlət qayğısının nəticəsidir ki, ötən tədris ilində müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyaları, fənn kabinələri müəllim və tələbələrin ixtiyarına verilib. Universitet xəstəxanası və “baytarlıq təbabəti” ixtisası üçün yeni binaların istifadəyə verilməsi müvafiq ixtisasların əyani şəkildə, daha mükəmməl öyrədilməsinə xidmət edir. Ali təhsil ocağı müasir informasiya kommunikasiya vasitələrinin tətbiqi, elektron universitet, imtahanların elektron test üsulu ilə şəffaf və obyektiv keçirilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atıb. Dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərə gəldikdə, 80-dən çox tanınmış dünya universitetləri ilə əməkdaşlıq edən bu ali məktəb Tempus proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələrin iştirakçısıdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə hazırlanan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin 2015-ci ildə uğurla tamamlanması Azərbaycan ali təhsil tarixində mühüm hadisədir. Tələbə mobilliyi sahəsində də uğurlu addımlar atılıb. Belə ki, TEMPUS, HUMERİA, Mövlana proqramları çərçivəsində universitetin onlarla tələbəsi öz təhsillərini qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində, Rusiyada, Gürcüstanda, Cənubi Koreyada, Ruminyada, Çexiyada davam etdiriblər. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var. Rektor yeni tədris ilində tədrisin keyfiyyətinin, nizam-intizamın artırılması, tələbələrin təhsilə, ictimai işlərə fəal cəlb olunması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, bir sıra tapşırıqlar verib. Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetin 2015-2016-cı tədris ilinə mühüm nailiyyətlərlə qədəm qoyacağını vurğulayıb. Baloniya siteminin, distant təhsilin, tədris sahəsində bir sıra yeniliklərin tətbiqindən danışan prorektor bildirib ki, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərən elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil üçün universitetin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədris işləri üzrə prorektor universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatların, tədrisə aid bütün sənədləşmə işləri və elektron imzaların hazırlanması, müəllimlərin mühazirələrinin video və slayd şəklində universitetin internet portalındakı “Elektron mühazirə” bölməsinə yerləşdirilməsi, arxivləşmə işi ilə bağlı məlumat verib, yeni formaya uyğun tələbə biletlərinin, ilkin olaraq birinci kurslarda tətbiq olunacaq elektron jurnalların hazırlanması, semestr imtahanlarının yeni sistemlə həyata keçirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info