ABŞ-ın Arkanzas ştatında ölüm cəzası yenidən bərpa olunacaq
Tarix: 10.09.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arkanzas ştatında 10 illik fasilədən sonra oktyabr ayından etibarən ölüm cəzası yenidən tətbiq ediləcək. Bu barədə ştatın qubernatoru Asa Hatçinson məlumat verib.
TASS informasiya agentliyi xəbər verir ki, qubernatorun göstərişi ilə bu il ərzində və gələn ilin əvvəlində öldürücü inyeksiya vasitəsi ilə 6 cani edam olunacaq. İlk olaraq qətllərdə ittiham olunan Bryus Uord və Don Devis barədə hökmlər icra ediləcək. Onların edamı oktyabrın 21-nə təyin olunub.
Arkanzas 2005-ci ildən indiyə qədər ölüm hökmünə məhkum olunmuş cinayətkarların edam edilmədiyi yeganə cənub ştatı idi. Bunun səbəbi öldürücü inyeksiya vasitəsi ilə edamın qanuniliyi barədə illərlə davam edən məhkəmə çəkişmələri və lazım olan zəhərli maddələrin çatışmazlığı idi. Qubernatorun təmsilçiləri hazırda hər iki maneənin aradan qaldırıldığını bildirib.
Son illər ABŞ-ın bir çox ştatı "öldürücü iynə" üçün istifadə olunan zəhər defisiti ilə üzləşib. Belə ki, bu maddələrin istehsalı ilə məşğul olan Avropa şirkətləri edam cəzasının əleyhinə çıxır və məhsullarını ABŞ-a satmaqdan imtina edir.
Ştat rəhbərləri bu problemin həlli üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, mart ayının sonlarında Yuta ştatında ölümə məhkum edilənlərin edamında güllələmədən istifadəyə icazə verilib.
Ölüm cəzası hazırda ABŞ-ın 31 ştatında qüvvədədir. Bu ilin aprel ayına olan məlumata görə, Birləşmiş Ştatlarda 3002, o cümlədən Arkanzasda 35 nəfər ölüm hökmünün icrasını gözləyir. Amerikada ölüm cəzasının yenidən bərpa olunduğu 1976-cı ildən 2015-ci ilin sentyabrınadək 1414 nəfər edam edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info