Türkiyədə Steve Mccurinin fotolarından ibarət sərgi açılacaq
Tarix: 10.09.2015 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Ankarada "Əfqan qızı" fotosunun müəllifi, dünya şöhrətli fotoqraf Steve Mccurinin fotolarından ibarət sərgi açılacaq.
"CNN türk" telekanalının saytı xəbər verir ki, bir çox dünya mükafatlarına sahib olan fotoqraf türkiyəli sənət həmkarları ilə bir araya gələcək. Son 30 ildə sənətkarın dünyada hərbi münaqişələrin baş verdiyi nöqtələrində çəkdiyi şəkillər sərgidə qonaqlara təqdim ediləcək. Fotoqrafın 1985-ci ildə çəkdiyi və həmin ildə "National Geographic" jurnalının üz qabığında yerləşən "Əfqan qızı" fotosu dünyanın hər bir nöqtəsində bəyənilib və fotojurnalistə şöhrət gətirib.
Təşkil olunacaq mötəbər sərgidə hərbi münaqişələr və müharibələrdə çəkilən fotolarla yanaşı, "Əfqan qızı" fotosu da sərgilənəcək.
Sərgi sentyabrın 16-dan dekabrın 13-dək yerli və xarici turistlər üçün açıq qalacaq.
Qeyd edək ki, Steve Mccuri 2001-ci ildə çətin araşdırma nəticəsində əfqan qızını yenidən taparaq fotosunu təkrar çəkib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info