Azərbaycan balını dünya bazarına çıxarmağa hazırlaşır
Tarix: 10.09.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Azərbaycan arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təşkil etməlidir. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov "Yerlı arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan balı hazırda Avropaya yalnız müxtəlif sərgilər çərçivəsində aparılır: "Arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təmin etmək üçün ilk növbədə müəyyən standartlar hazırlamaq, xüsusilə məhsulların qablaşdırılmasını standartlaşdırmaq lazımdır".
S.Məmmədov turistlər arasında balın populyarlaşmasında turizm obyektlərinin rolunu qeyd edib: "Bu baxımdan Azərbaycanın bölgələrindəki otellər və mehmanxanalar vacib rol oynayır".
O əlavə edib ki, Azərbaycanda arıçılığın inkişafı üçün bütün zəruri şərait var: "İlk növbədə təbii şərait var. Bundan başqa, arıçılar 2019-cu ilədək torpaq vergisindən başqa, bütün vergiləri ödəməkdən azad ediliblər. Onlara müxtəlif subsidiyalar, güzəştli kreditlər, güzəştli lizinq əsasında texnika verilir".
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info