Saatlıda 18 məktəb binası tikilib və 12 təhsil ocağı əsaslı təmir olunub
Tarix: 10.09.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Son illər Saatlı rayonunda 18 məktəb binasının tikilərək istifadəyə verilib, 12 təhsil ocağı isə əsaslı təmir edilib. Bu il ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 125 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 23 nəfəri 500-dən, 5-i isə 600-dən çox bal toplayıb.
Bu və digər faktlar rayon müəllimlərin ənənəvi sentyabr konfransında səsləndirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyev bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub və hamı bu prosesdə fəal iştirak etməyə səy göstərir. Qeyd olunub ki, rayon üzrə 49 təhsil ocağı fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 10 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 1300-dək müəllim məşğul olur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan məzunların sayının ildən-ilə artması pedaqoji kollektivlərin əsas uğurlarından sayıla bilər.
Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Reyhan Ocaqova çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Təhsilin inkişafına və beynəlxalq standartlara çatdırılmasına yönəlmiş dövlət siyasətinin real nəticələrindən danışan R.Ocaqova Saatlı rayonunda bu istiqamətdə görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, məktəblərin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə yol açır. Yaranan bu imkandan daha səmərəli istifadə etmək ümdə məsələdir.
Sonda “Əməkdar müəllim” adına layiq görülən və 65 yaşına çatan müəllimlərə Fəxri fərman və diplomlar verilib. Eyni zamanda, yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara qiymətli hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info