Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib
Tarix: 05.02.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər



Zərdabi Mətbuat Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Mərkəzdən bildiriblər ki, “Heydər Əliyev-90: iqtisadi dinamizmin təməlləri” mövzusunda müsabiqə 2013-cü il fevralın 1-dən aprelin 20-dək olan müddəti əhatə edəcək. Müsabiqənin qalibləri birinci, ikinci və üçüncü yerlərlə mükafatlandırılacaq. Bundan əlavə, iştirakçılar üçün həvəsləndirici mükafatlar da nəzərdə tutulur.
Yazı müsabiqəsində birinci yeri tutan 800 manat, ikinci yerin sahibi 500 manat, üçüncü nəticə göstərən isə 300 manat mükafat alacaq. Eyni zamanda, nəzərdə tutulan üç həvəsləndirici mükafata layiq görülənlərin hər birinə 100 manat ödəniləcək. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar həcm baxımından 5 (beş) A4 formatlı kağız vərəqindən çox olmamalıdır. Materiallar 3 nüsxədə yazılı, həmçinin elektron formada (diskdə) şəxsən təqdim edilməlidir. Yazıda “Yazı Zərdabi Mətbuat Mərkəzinin iqtisadi mövzuda keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” qeydi yer almalıdır. Yazılar hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info