İsveç siyasətçisindən şok təklif: “Gələn qaçqınları pulemyotla qırın”
Tarix: 10.09.2015 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


“İsveç demokratları” partiyasının aktiv üzvü olan Qunilla Şmidin qaçqınlarla bağlı səsləndirdiyi fikirlər qalmaqal və ciddi narazılığa səbəb olub. Öncə onu qeyd edək ki, bu partiyanın qaçqınlarla bağlı mövqeyi də ürəkaçan deyil və bildirilir ki, miqrant axını ölkənin milli təhlükəsizliyi üçün əsas təhlükələrdən biridir. Şmid isə təklifində bildirib ki, bu problemin həlli yolu çox sadədir-
İsveç və Danimarka arasında olan körfəzin üzərində olan Eressun körpüsünə pulemyot qoymaq:
“Ancaq Eressun körpüsü üzərində pulemyot quraşdırmaq bizə kömək edə bilər!”
Qeyd edək ki, o bu barədə qaçqın problemi barədə “Facebook” sosial şəbəkəsində özünün profilində yazdığı paylaşımda söz açıb. O hətta bu axının əsas səbəbini bununla əsaslandırıb ki, Almaniya və Danimarkadan fərqli olaraq İsveçdə işsizlər üçün hökumət sosial yardım şəklində pul verdiyi üçün bura axın daha çox olacaq və məhz bu səbəbdən qaçqınlar məhz İsveçə gəlmək istəyirlər.
Maraqlıdır ki, “Evening post” qəzetinin müxbiri sözügedən siyasətçiyə bu fikirləri ilə bağlı ətraflı açıqlama və izahat verməsini istəyəndə o bunu, bir “müvəqqəti dəlilik” kimi qiymətləndirib və yazdıqlarını da silib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info