Mixail Şkodrin: “Türkiyəni istəməyənlərin hədəfi vətəndaş müharibəsi başlatmaqdır”
Tarix: 10.09.2015 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


SSRİ DTK-nın keçmiş agenti Mixail Şkodrin Türkiyənin Takvim qəzetinə PKK ilə bağlı olduqca önəmli açıqlamalar verib.Sovetlər dövründə bir neçə dəfə İstanbula gəldiyini deyən keçmiş agent Mixail Şkodrin, Türkiyədə vətəndaş müharibəsi başlatmaq istəyən beynəlxalq təşkilatlar olduğunu və bunun üçün milyonlarla dollar pul xərcləndiyini deyib.Xüsusilə son dövrlərdə artan terror hücumları ərəfəsində, PKK-ya yaxınlığı ilə bilinən HDP partiyasının vətəndaş müharibəsi üçün zəmin hazırladığını bildirib.
Mixail Şkodrin qəzetə daha sonra bunları deyib:
"Sürətlə böyüyən və inkişaf edən bir Türkiyə var. Bu şübhəsiz belədir. Gedərək Avropa, Balkanlar və xüsusilə də Yaxın Şərqdə, hətta Afrikada güclənirsiniz. Bax bunu gözü götürməyənlər var. Güclü Türkiyə və güclü lider Avropanı ciddi narahat edir”.
Bir çox ölkənin agentlərinin Türkiyədə olduğunu və böyük miqdarda pullar paylayaraq xalqı üsyana qaldırmaq istədiyini deyən Şkodrin, bunun səbəbini belə izah edib:
“Məqsəd siyasi və iqtisadi qeyri-sabitlik yaratmaqdır. Əsas prioritet hədəf Türkiyədə kürd-türk qarşıdurması yaradaraq vətəndaş müharibəsi başlatmaqdır. Onların hazırda ən böyük istəkləri ölkənin cənub şərqində başlayan xaosu iri şəhərlərə, İstanbula, İzmirə və Adanaya yaymaqdır. Hökumət vaxtında doğru addımlar atsa bunun qarşısını ala biləcək”.(“Sputnik.az”)




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info