“Borhan”: “Amerika öz opponentlərini necə aradan qaldırır?”
Tarix: 11.09.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


ABŞ üçün xarici siyasətdə həmişə mili mənafe önəm kəsb edib. Bu ölkə üçün tərəfdaş kimi məhfum bəlkə də mövcud deyil.
«Siysətdə səmimiyyət olmamalıdır» deyiminin bu ölkə ilə necə də eyniyyət təşkil etdiyini açıq şəkildə görə bilərik. İranın «Borhan» nəşrində ABŞ-ın həyata keçirdiyi bu cür xarici siyasət barədə məqalə dərc edilib. Məqalədə deyilir ki, digər ölkələrin daxili işlərinə müdaxilə etmək dünyanın böyük güclərinin xarici siyasətinin prinsiplərindən biridir:” Öz məqsədinə, regional və beynəlxalq maraqlarına nail olmaq üçün Amerika Birləşmiş Ştatları digər ölkələrin daxili siyasətinə müdaxilə etmək istiqamətində bir sıra müxtəlif vasitələrdən yararlanır. Bunun bariz nümunəsi kimi, ABŞ-ın bəzi ölkələrdə həyata keçirdiyi «vasitəçilik zərbələri»ni göstərə bilərik. Bu vasitəçiliyin başlıca məğzi ondan ibarətdir ki, ABŞ öz siyasətini həyata keçirmək üçün öz formal liderlərinin «əməyindən» yararlanır.
Çevriliş zorakılıq və təhdid yolu ilə mövcud hökumətin aradan götürülməsinə hesablanmış bir taktikadır. Bu, bir çox hallarda ölkənin müəyyən hissəsinin səyləri ilə kiçik bir qrup tərəfindən həyata keçirilir. O da qeyd edilməlidir ki, belə çevrilişlərin həyata keçirilməsində ABŞ, adətən bu ölkələrdəki hərbi qulluqçuların əməyindən yararlanır.
Dünyanın müxtəlif ölkələrində ABŞ-ın həyata keçirdiyi siyasi çevrilişlər, bu ölkələrin daxili işlərinə müdaxilə həmin ölkələrin xarici siyasət prinsiplərinin mövcudluğuna sübutdur. Qeyd edək ki, ötən əsrin ortalarından bəri bu ölkə iqtisadiyyatının neftdən asılılığı iki dəfə artıb. Bəlkə də elə, bu dövrlərdə İrana qarşı apardığı siyasət də buradan qaynaqlanırdı. Belə ki, 1950-ci ildə öz neft sənayesini milliləşdirməklə, Qərbin hökmranlığından qurtarmağa çalışan İranda üç il sonra çevriliş baş verdi. Çevriliş nəticəsində ölkənin baş naziri Məhəmməd Mossadik devrildi. Bir müddət sonra İranda baş verənlərdə rolunu etiraf etməli olan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi sabiq baş nazirin «ABŞ və Britaniyanın maraqlarına təhlükə yaradan neft şirkətlərini milliləşdirmək cəhdi nəticəsində» devrildiyini bildirdi.
Qeyd edilməlidir ki, ABŞ siyasi taktikasını əsasən 70-ci illərin ikinci yarısından sonra daha fəal şəkildə həyata keçirməyə başlamışdı. Bununla yanaşı, Vaşinqton bu gizli addımlarını dünyada öz maraqlarının «quraşdırılmasının» bir hissəsi hesab edirdi. Eyni zamanda, belə bir addımın atılması, yeni müttəfiq və dostların dəstəyini qazanmaqla Qərbi məmnun etməyə hesablanmışdı. Kuba, İndoneziya, Çili və Nikaraquada milli rejimlərin dəyişdirilməsi də ABŞ-ın bu sahədə artıq hansı təcrübənin əldə etməsinin sübutu idi.
Bu ölkənin başlıca şüarı «başqa ölkələrin daxili işlərinə qarışmamaq» prinsipi idi. Lakin bütün bunlara baxmayaraq, bu ölkə fəal olaraq, kobudcasına digər ölkələrin milli suverenliyini pozmaqda davam edir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info