Dünyada uşaq ölümü iki dəfə azalıb
Tarix: 11.09.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


1990-cı ildən etibarən uşaq ölümü iki dəfə azalıb. Lakin dünya Minilliyin İnkişaf Məqsədlərindən birinin – beş yaşadək uşaqlar arasında ölüm hallarının üçdə ikisini aradan qaldırmaq məqsədinin öhdəsindən gələ bilməyib.
BMT Xəbərlər Mərkəzi bildirir ki, cari ildə hər gün beş yaşa çatmayan 16 min körpə vəfat edir.
BMT Uşaq Fondunun (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) illik məruzəsində qeyd edilir ki, 2015-ci ildə təqribən 5,9 milyon uşaq beş yaşa çatmadan tələf olub, halbuki 1990-cı ildə həmin göstərici 12,7 milyon nəfər təşkil edib.
UNICEF-in icraçı direktorunun müavini Gita Rao Qupta deyib: “Biz xüsusən 2000-ci ildən sonra nail olduğumuz böyük qlobal tərəqqini etiraf etməliyik. Onda ölkələrin çoxu beş yaşa qədər uşaqlar arasında ölüm səviyyəsinin azaldılması sürətini üç dəfə artırmışdı”.
Amma uşaqların çoxu hələ də elə səbəblərdən ölür ki, onların qarşısını almaq mümkündür. UNİCEF-dən bildiriblər ki, 1990-cı ildən başlayan dövr ərzində 195 ölkədən yalnız 62-də uşaq ölümü Minilliyin İnkişaf Məqsədlərinin tələb etdiyi şəkildə azaldılıb.
Sətəlcəm, ishal, qanın zəhərlənməsi, vaxtından əvvəl doğuşun əmələ gətirdiyi fəsadlar və malyariya uşaqlar arasında ölüm hallarının əsas səbəbləridir. Uşaq ölümünün ən yüksək səviyyəsi Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində müşahidə olunur. Bu regionda hər 12 uşaqdan biri beş yaşına çatmamış tələf olur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info