Deputatlığa namizədlərin sənədlərini təqdim etmə proseduru başlayır
Tarix: 11.09.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-dən Azərbaycanda Milli Məclis üzvlüyünə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanacaq. Seçki Məcəlləsinə əsasən parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək vaxt ayrılmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət sentyabrın 12-dən başlayacaq, oktyabrın 2-də saat 18:00-da başa çatacaq. Dairə seçki komissiyaları sənədlər qəbul olunduqdan sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edəcək. Oktyabrın 12-dək isə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dövri nəşrlərdə dərc edilməsi təmin olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib
16.03.2019
Aİ: Azərbaycanla hərtərəfli sazişin imzalanması prioritet vəzifə olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info