Fuad Muradov: “Avropa Parlamentinin “qətnamə”si qərəzdən başqa bir şey deyil”
Tarix: 11.09.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi “qətnamə” qərəzdən başqa bir şey deyil”. Bunu mətbuata açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlər konkret faktara əsaslanmır: “Bu, sadəcə olaraq Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir”. Qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını “qınayan” Avropa Parlamentinə F.Muradov elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə, pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib: “Bu gün Avropanın özündə insan haqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil”. Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan “nöqsanlardır.” F.Muradov bildirib ki, bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbərləri yoxdur: “Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı”. F.Muradov vurğulayıb ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: “Azərbaycanın bugünkü inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda, seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz torpaqlarımızın işğaldan azad edilməsidir. Ermənilər isə cəbhə xəttində təxribatlarla məşğuldurlar. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyini ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüfi sayıla bilməz. Görünür, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info