Əli Əhmədov: “Avropa Parlamenti sanki antiazərbaycan xəstəliyinə tutulub“
Tarix: 11.09.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki anti-Azərbaycan xəstəliyinə tutulub. Azərbaycanın postsovet məkanının, eləcə də Avropanın özünün ən uğurlu dövlətlərindən biri olduğunu sözügedən qətnamənin qəbul olunmasına səs vermiş parlament üzvləri yaxşı bilirlər. Onların çoxu ayrı-ayrı vaxtlarda Bakıda olmuş, Azərbaycanın qısa zaman kəsiyində nə qədər sürətlə inkişaf etməsindən, yeniləşməsindən və iqtisadi cəhətdən güclənməsindən heyrətə gəldiklərini dilə gətirmişlər”. Bunu Azərbaycan baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib. Azərbaycan vətəndaşlarının Avropa Parlamentinin antiazərbaycan mövqeyindən dərindən təəssüfləndiyini söyləyən Ə. Əhmədov deyib ki, bu, insanların Avropa dəyərlərinə inamını sarsıdır: “Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var”. YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır: "Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info