“Gəncəm, Gəncədəyəm!” layihəsi başlayacaq
Tarix: 11.09.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu”nun və “İRƏLİ” İctimai Birliyinin birgə dəstəyi ilə həyata keçirilən “Gəncəm, Gəncədəyəm!” layihəsinə start veriləcək. Layihənin əsas məqsədi, 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərinin milli mənəvi və tarixi irsini müxtəlif bölgələrdə yaşayan gənclərə aşılamaq, eləcədə bu mötəbər bir kampaniyanın təşviqat işlərinə öz töhfə verməkdir. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhəri ölkəmizin sənaye mərkəzindən əlavə, həmçinin qədim tarixi və mədəniyyət mərkəzləri ilə zəngin olan bir şəhərdir. Bu zəngin mədəni irsə, tarixi kökə sahib olan şəhərimizi gələcək nəsillərə ötürülməsi məqsədilə “Gəncəm, Gəncədəyəm” layihəsi həyata keçirilməsi planlaşdırılır.
Layihənin ilkin mərhələsində 28-30 sentyabr 2015-ci il tarixlərində Göy-göl, Yevlax, Goranboy, Şəmkir və Gədəbəy rayonlarında orta təhsil müəssisələrinin 9-10-cu sinif şagirdləri arasında “Ümummilli liderimizin Azərbaycan gəncliyinə qayğısı” adlı mövzusunda inşa müsabiqəsi keçirdiləcək. Ümumilikdə 30 nəfər məktəblinin iştirakı ilə Gəncə şəhərində təşkil olunacaq ekskursiyaya cəlb olunacaqlar. Şagirdlər 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərində qədim tarixi abidələrimizlə canlı şəkildə tanış olma şansını qazanacaqlar.

N.Gəncəli




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info