“Qərb Azərbaycandakı təxribat dayaqlarını itirdiyini bilir”
Tarix: 11.09.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Qaçqınlar Cəmiyyəti Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:” Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul etməsini, bu qətnamənin maddələrində Azərbaycanın daxili işlərinə qarışan tələblər irəli sürməsini 1988-1992-ci ilərdə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki tarixi torpaqlarından qovulub Azərbaycan Respublikasında məskunlaşmış 500 min nəfərə yaxın qaçqın adından qətiyyətlə pisləyir və Avropa Parlamentində bu qətnaməyə səs verən siyasi partiyaları Azərbaycana və bütün türk, müsəlman dünyasına qarşı son illərdə daha da kəskinləşən ikiüzlü, düşmən siyasətlərinə son qoymağa çağırırıq.
Hər dəfə Azərbaycan ictimai-siyasi həyatının mühüm dönəmində Qərbin bu və ya digər təzyiqi ilə üzləşir. I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı məqsədli şəkildə aparılan qarayaxma kompaniyası bu gün yenidən başladılır və fikrimizcə, bu dəfə Qərb bu təzyiqləri getdikcə artıracaq. Azərbaycanı bir neçə istiqamətdə durdurmaq fikrində artıq qəti qərarlı olan Qərb bu qətnamə ilə də bir sıra çirkin məqsədlərə can atır.
Birincisi, Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bir vaxtda Ermənistanın müharibə qorxusunu bölüşən Qərb bu qətnamə ilə Azərbaycanı mümkün müharibə fikrindən çəkindirməyə çalışır, daim müdafiə etdiyi erməni separatizminə öz dəstəyini bu şəkildə nümayiş etdirir.
İkincisi, qarşıdan Azərbaycan parlamentinə seçkilər gəlir və Qərb seçkiqabağı Azərbaycandakı təxribat dayaqlarını itirdiyini bildiyindən Azərbaycana yeni təzyiq mesajı göndərərək ondan bu məsələdə müəyyən güzəştlər qoparmaq istəyir.
Üçüncüsü, bu gün Azərbaycana dost və qardaş ölkə olan Türkiyədə arxasında Qərbin də durduğu çox təhlükəli proseslər gedir. Qərb Azərbaycan dövlətinin və Azərbaycan xalqının bu məsələdə axıradək Türkiyə dövlətinin və türk xalqının yanında olacağının fərqindədir və nəyin bahasına olursa-olsun Azərbaycanın diqqətini bu proseslərdən yayındırmağa çalışır.
Dördüncüsü, Azərbaycan sürətlə inkişaf edir və onillərdir müstəqil daxili və xarici siyasət yeridir. Onillərdir Qərb Azərbaycanı öz siyasi maraqlarına alət edə, onu qonşu böyük dövlətlərə qarşı qoya bilmir, Azərbaycan ən gərgin anlarda İranla dostluq münasibətlərini davam etdirib və indi də Rusiyaya qarşı sanksiyalara qoşulmur, əksinə, hər iki qonşu ölkə ilə iqtisadi əlaqələri gücləndirir. Xüsusilə son zamanlar Azərbaycanla Rusiya arasında münasibətlərin istiləşməsini Qərb həzm edə bilmir.
Bütün bunlar Qərb dünyasını Azərbaycana qarşı qəzəbdən doğan ağılsız qərarlar qəbul etməyə təhrik edir. Lakin Qərb bilməlidir ki, Azərbaycanda Hakimiyyətini dəstəkləyən bir Xalq, Xalqının dəstəyinə arxalanan bir Hakimiyyət və onların hər ikisi üçün müqəddəs olan bir Vətən var! O Vətən ki, əcdadlarımızın məzar, övladlarımızın meydan yeridir. Bu Vətəni İraq və Liviyaya, Misir və Suriyaya çevirməyə heç kəsin ixtiyarı yoxdur.
27 ildir davam edən bir müharibəyə, yurdundan, isti ocağından qovulmuş 500 min nəfərə yaxın qaçqının, 1 milyondan artıq məcburi köçkünün taleyinə biganə qalan bir qurumun ağızdolusu insan haqlarından danışmağa isə qətiyyən haqqı yoxdur. “Azərbaycan son on ildə bütün Avrasiyada demokratiya sahəsində ən çox geriləmiş ölkədir”, – deyən bir qurumun ya Avrasiya məkanından və ən azı Ermənistandakı terrorçu rejimdən, antidemokratik proseslərdən xəbəri yoxdur, ya da demokratiya düşüncəsi sıfıra bərabərdir.
Üzümüzü Azərbaycan hakimiyyətinə tutub, Avropa parlamentinə layiqli cavab verməyə, bu qurumun antiazərbaycan mövqeli üzvlərinin Azərbaycana gəlişinə qadağa qoymaya çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info