Aqrar Universitetdə xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib
Tarix: 11.09.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belçika və İngiltərəyə təcrübəyə yola düşən tələbələrlə görüşüb. Tələbələrə uğurlar arzulayan rektor ölkənin kənd təsərrüfatının yüksəkixtisaslı, o cümlədən aqrar mühəndis kadrlara olan tələbatının lazımi səviyyədə ödənilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir, tələbələrin respublikamızda fəaliyyət göstərən aparıcı şirkətlərlə yanaşı dünyanın aparıcı təhsil və istehsalat müəssisələrində təcrübələri təşkil olunur. 2005-ci ilin sentyabr ayından fəaliyyətə başlamış, ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə tələbələr New Holland texnikaları istehsal edən zavodlarda təcrübə keçəcəklər. Bu isə, öz növbəsində, Aqrolizinq ASC-nin xətti ilə ölkəmizə gətirilən texnikaların yüksək səviyyədə istismarına xidmət göstərə bilən kadrların hazırlanmasına töhfəsini verəcək. Tələbələr çıxış edərək onların praktiki biliklərinin inkişaf etdirilməsi üçün göstərilən bu dəstəyə görə rektora dərin təşəkkürlərini və yaradılmış imkanlardan səmərəli istifadə edəcəklərini bildiriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info