BMAM sədri Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə etirazını bildirib
Tarix: 11.09.2015 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov sentyabrın 10-da Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi yeni qətnaməsinə etirazını bildirib: “Azərbaycanla bağlı qəbul edilən bu sənəd reallığı əks etdirmir və Avropa Parlamentinin ölkələrə qarşı ikili standartlarla çıxış etdiyini nümayiş etdirir. Azərbaycanın vətəndaş cəmiyyəti institutları olaraq biz qəbul edilən bu sənədə öz etirazımızı bildirir, sənəddə ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bəyan edirik”.
O deyib ki, qətnamədə ayrı-ayrı halların sifarişli şəkildə təqdim olunması aydın şəkildə görünməklə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir: “Halbuki, Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət almış və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır. Bəzi Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın nüfuzunun dünyada artmasından qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən biz müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənədi qəti şəkildə pisləyərək, bu cür sifarişli ittihamları qəbuledilməz hesab edirik”.
Rufiz Qonaqov bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik ölkədir: “Ölkəmizdə vətəndaş cəmiyyəti daim inkişaf edir, bu sahədə fəaliyyət göstərən bütün institutlar sərbəst şəkildə fəaliyyətini davam etdirir. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev ölkəmizdə güclü vətəndaş cəmiyyətinin formalaşması üçün bir çox vacib qərarlar qəbul edərək, vətəndaş cəmiyyəti institutlarının ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələr olduğunu bəyan edib. Məhz buna görə də Azərbaycanda demokratik prinsiplərin möhməkləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info