Nəsimi rayonunda yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub
Tarix: 11.09.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Rayonda 8 ali, 25 orta və 34 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Son 4 il ərzində ölkə başçısının imzaladığı sərəncam və dövlət proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub. Bu il sentyabr aynının 10-da Prezident İlham Əliyev Nəsimi rayonundakı Texniki Humanitar liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə 4 orta, 5 uşaq bağçasının və 1 Uşaq Yaradıcılıq Mərkəzinin əsaslı təmiri nəzərdə tutulub. Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb keçən il əsaslı təmir olunub, bu il məktəbin qəzalı idman zalı sökülərək 10 yeni sinif otağı daxil olmaqla yeni idman zalı tikilib istifadəyə verilib. Həmçinin 174 saylı uşaq bağçaları əsaslı təmir olunub, 147 saylı uşaq bağçasında aparılan təmir başa çatmaq üzrədir.
Həmçinin son illər ərzində Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən təhsil sistemində yeni islahatların aparılması, orta və ali məktəblərdə təhsilin səviyyəsinin günümüzün tələblərinə uyğun olaraq qurulması, şagird və tələbələrin savadlı və bilikli, vətənpərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən işlər barədə söz açılıb, bildirilib ki, həyata keçirilən yeniliklər tədris prosesinə öz müsbət təsirini göstərir.
Asif Əsgərov bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində təmirlər aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunub.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanıb ki, 2014-2015-ci tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirib, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala layiq görülüb.
Tədbirdə çıxış edən 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış Nərmin Hacılı, Cəmil İmranov, Nurlan Məcidov və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa isə məktəbli forması hədiyyə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info