”Suriya Moskvanın “ərəb baharı”ndan müdafiəsinin son xəttidir”
Tarix: 11.09.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


«Mən, Suriyanın liman şəhəri olan Tartusda olmuşam. Bu Aralıq dənizi sahilində yerləşən adi bir şəhərcikdir. Şərq şəhərlərinə məxsus çirkli, lakin gözəl çimərliyə malik adi bir şəhərdir. Bir vaxtlar Sovetlər Birliyinə, indi isə Rusiya Dəniz Donanmasına məxsus olan sığınacaq məntəqələri bu şəhərdə 1970-ci ildən mövcuddur. Qeyd edilməlidir ki, bu sığınacaq məntəqələri hələ bir neçə müddət əvvəl də Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında yaşanan soyuq müharibə illərində o qədər də xüsusi rol oynamayıb. Hətta Aralıq dənizində Sovetlərin dəniz qüvvələrinin pik zirvəsinə qalxdığı məqamda belə, Amerikanın Altıncı donanması ilə müqayisədə çox zəif idi». Bu fikirlər Almaniyanın "Deutsche Welle" nəşrində dərc edilmiş bir məqalədə bildirilir. Məqalə müəllifinin fikrincə,bu gün Tartus bütün beynəlxalq xəbərləin başlıca mövzusudur:” Səbəbi isə yalnız ondan ibarət deyil ki, Rusiya ordusu hələ də bu ərazilərdə mövcudluğunu qoruyub saxlayır, əsas səbəb ondan ibarətdir ki, rus ordusu bu ərazilərdə heyətini artırmaq hesabına daha da genişlənir. Doğrudur, Rusiyanın istər Xarici İşlər Nazirliyi, istərsə də Prezident Administrasiyası verdiyi rəsmi bəyanatlarda bunları təkzib etməyə çalışsa da, yaşananlar göz önündədir. Rusiya bu ərazilərə hərbi qüvvə göndərməklə, Bəşər Əsəd rejimi üçün qətiyyətlə mübarizə aparmağa hazırlaşır. O da qeyd edilməlidir ki, hərbi texnikanın Bosfor vasitəsilə açıq göyərtədə gətirilməsi Moskvanın da bu faktı gizlətməməyə çalışmasından xəbər verir. Belə görünür ki, Suriyadakı vəziyyətin nisbi sabitləşməsi təqdirində, Rusiyanın bu ölkədə hərbi varlığını genişləndirmək imkanı olacaq. Təbii ki, hazırda bu ərazilərdə yaşananların səbəblərini son bir neçə ildə baş verən hadisələrdə axtarmaq lazımdır.
"Ərəb baharı" və xüsusilə Liviyada Muammər Qəddafi rejiminin devirilməsini Kreml adi rejim dəyişikliyi kimi qəbul etsə də, bunun arxasında Vaşinqtonun dayandığını başa düşürdülər. Liviyalı polkovnikin süqutu Moskvanın etirazı ilə üst-üstə düşürdü. Paralel olaraq Moskvada da antihökumət qruplar fəallaşdılar.
Bəlkə də elə buna görə də, Rusiya rəhbərliyi bu tendensiyaya müqavimət göstərməyə qərar verdi. Rusiya rəhbərliyinə Əsəd Suriyası təkcə hərbi tərəfdaş kimi deyil, həm də rus silahlarının alıcısı kimi və eyni zamanda Amerikanın “ərəb baharı” siyasətinə qarşı müdafiədə simvolik son xətt kimi lazım idi. Suverenlik yalnız bir imtiyaz deyil, həm də dövlətin vəzifəsi öz vətəndaşlarını onlara qarşı yönəlmiş zorakılıqdan qorumaqda bu imtiyazdan istifadə etməkdir. Rusiya rəhbərliyi həmişə bütün bunların arxasında Qərbin, xüsusən də ABŞ-ın dayandığını başa düşürdü. «Bu gün Dəməşq, sabah isə Moskva»- Kremlin Yaxın Şərq siyasətinin mahiyyətini belə yekunlaşdırmaq mümkündür. Burada Moskvanın strategiyası bütünlüklə Vaşinqtona qarşı müxalifətə əsaslanır. Barak Obamanın rus liderinə qarşı gizli hörmətsizliyi tam çılpaqlığı ilə burada özünü göstərir. Obama son məqamda müttəfiqi Hüsnü Mübarəki talehin ümidinə buraxdı, amma Rusiya lideri Bəşər Əsədin arxasında dağ kimi dayanacaq. Obama “İslam Dövləti”nə qarşı hərbi kampaniyanı genişləndirməyə cəsarət etmir. Putin isə Suriya müxalifətinə, o cümlədən” İslam Dövləti”nə qarşı hərbi texnika, canlı qüvvə göndərir.
«Rusiya radikal islamçılarla mübarizə apramağa hazırdır. Bu məqamda siz susursunuz? Deməli, siz amerikalılar radikal islamçılara qarşı mübarizəni istəmirsiniz». Bu, Putinin amerikalıların timsalında həm də ərəb dövlətlərinə göndərdiyi mesajdır”.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info