Müəllimlər İnstitutunda Kahramanmaraş Sütçü İmam Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 11.09.2015 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 11-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin ölkəmizə səfərə gələn nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlar İnstitutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Görüşdə institut rəhbərliyi, professor-müəllim heyəti, Kahramanmaraş Sütçü İmam Universitetinin Eğitim fakültəsinin dekanı Prof. Dr. Niyazı Can, Güzel Sanatlar fakültəsinin dekanı Prof. Dr. Mehmet Özkarcı, Zəngin Azərbaycan Uğrunda İctimai Birliyinin sədri İradə Əliyeva, sədr müavini Samir Orucov, təmsilçi Ləman Süleymanova və Kahramanmaraş-Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin Sədri Tural Şahbazlı iştirak ediblər.
Səmimi keçən görüşdə Azərbaycan Müəllimlər İnstitutunun bir qrup rəhbər əməkdaşları İnstitutun yaranma tarixi, xarici əlaqələri və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat veriblər. Eyni zamanda Kahramanmaraş Sütçü İmam Universiteti və Azərbaycan Müəllimlər İnstitutu arasında Mövlanə Mübadilə proqramı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalamaq niyyətləri müzakirə olunub.
Maraqlı və səmimi keçən görüşün sonunda İnstitutun rəhbərliyi adından qonaqlara “Heydər Əliyev: Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə” və “Şəxsiyyətin qüdrəti” kitabları təqdim olunub və institutun foyesində yaradılan Bakı 2015 I Avropa Oyunlarına həsr olunan stend ilə tanış olublar.


Mətbuat və informasiya şöbəsi





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info