Elçin Əhmədov: “Avropa Parlamentinin qətnaməsi ölkəmizə qarşı qərəzli münasibətin təzahürüdür”
Tarix: 11.09.2015 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı yeni qətnamə qəbul edib. Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov qəbul edilən bu sənədi ikili standartların daha bir nümunəsi və ölkəmizə qarşı qərəzli münasibətin təzahürü kimi qiymətləndirir. O bildirib ki, sənəddə Avropa Parlamenti tərəfindən Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir, ancaq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçq və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması, eləcə də münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir: “Halbuki, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz əksini tapıb. Ancaq bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lərin qəbul olunması dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Ona görə də Qarabağ Araşdırmalar Mərkəzi xalqımız üçün belə həssas məsələlərə Avropa Parlamentinin bu cür qərəzli münasibətinə öz etirazımızı bildirirərək bunu, eyni zamanda beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndir. Bu baxımdan belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə, öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilarlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə də əsas verir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info