Biləsuvarda yeni inşa olunmuş uşaq bağçasının açılışı olub
Tarix: 11.09.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Biləsuvar şəhərinin C.Cabbarlı küçəsində yeni inşa olunmuş 100 yerlik uşaq bağçasının açılış mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyətı idarə, müəssisə və təşkilat rəhbərləri, bağçanın kollektivi, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediələr.Tədbiri giriş sözü ilə açan uşaq bağçasının müdiri Elminaz Miriyeva yeni bina barədə məlumat verərək bildirib ki, 100 yerlik bağçada uşaqlar üçün bütün şərait yaradılıb. Bütün inventar və avadanlıqlar yenilənib. Ölkə Prezidentinin təhsilimizə olan diqqəti və qayğısının nəticəsidir ki, müasir tələblərə cavab verən yeni bağça tikilərək əhalimizin istifadəsinə verilir. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirib ki, rayonda əsaslı işlər aparılır: “Açılışına yığışdığımız bu tərbiyə ocağında kollektiv üçün gözəl şərait yaradılıb. Son illər rayonda bir neçə təhsil ocağı istifadəyə verilib. Bu bağça isə rayonda yeni inşa olunan dördüncü tərbiyə ocağıdır. İkimərtəbəli, 100 yerlik bina müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, mətbəx, oyun otaqları, tibb məntəqəsi və yardımçı otaqlardan ibarətdir. Bağça binasında müasir istilik sistemi də quraşdırılıb. Həyətyanı sahədə isə uşaqlar üçün istirahət güşələri yaradılıb”. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bağçanın açılışını bildirən qırmızı lenti kəsib və bağçaya baxış keçirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info