Əli Abbasov: “Azərbaycanın Dünya İqtisadi Forumunun iclaslarında fəallığı diqqəti cəlb edir”
Tarix: 11.09.2015 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının Dalyan şəhərində Dünya İqtisadi Forumunun Asiya sammiti keçirilib. “Yay Davosu” adlandırılan sammitdə 90-dan çox ölkədən 1700-ə yaxın nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və regional təşkilatların rəhbərləri, biznes aləminin nüfuzlu liderləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Azərbaycanı “Yay Davosu”nda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Sammitin davam etdiyi günlərdə keçirilmiş müxtəlif bölmə iclaslarında, “dəyirmi masa”larda dünyanı əhatə edən aktual mövzular, o cümlədən iqtisadi inkişaf prosesləri, maliyyə bazarlarının qeyri-stabilliyi, internetin gələcəyi kimi məsələlər ətrafında müzakirələr aparılıb. “Yay Davosu” həmçinin qərar qəbul edən şəxslər, dinamik inkişaf edən şirkətlərin strateqləri və liderləri arasında fikir mübadiləsi aparmaq üçün əlverişli imkandır. Dalyandakı Beynəlxalq Konfrans Mərkəzində təşkil olunan sammitin açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etdikləri sessiyalarda Azərbaycanın iqtisadi vəziyyəti, qazanılan uğurlar, həyata keçirilən islahatlar barədə danışıblar. Müzakirələrdə neftin qiymətinin kəskin aşağı düşməsi, bunun bir çox ölkələrin iqtisadiyyatına mənfi təsiri barədə məsələlərə toxunulub. Azərbaycan nümayəndə heyətinin üzvləri diqqətə çatdırıblar ki, iqtisadi və maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında, düşünülmüş strategiya əsasında ölkənin iqtisadi inkişafı təmin edilib. İqtisadiyyatında neftin xüsusi payı olan bir çox ölkələrdən fərqli olaraq, neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycana az təsiri olub.
Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar Azərbaycanın belə bir vəziyyətdən minimum itkilərlə çıxmasına kömək edib. Hökumət ölkədə bütün sosial proqramların, sosial infrastruktur layihələrinin icrasını davam etdirir. Bir çox ölkələrdə iqtisadi tənəzzülün müşahidə olunduğu bu dövrdə Azərbaycanda ümumi daxili məhsul 6 faiz, qeyri-neft sektoru 9 faiz, kənd təsərrüfatı 7,3 faiz artıb.
Nümayəndə heyətinin üzvləri Azərbaycanda uzun illər düşünülmüş iqtisadi siyasət əsasında aparılan islahatların, qazanılan uğurların beynəlxalq təşkilatlar, maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi barədə sammit iştirakçılarını məlumatlandırıblar.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab, Forumun idarəedici direktoru Filip Rösler, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao, Avropa Nüvə Tədqiqatları Təşkilatının rəsmisi Emmanuel Tsemelis, “Huawei” (Çin) şirkətinin vitse-prezidentləri Ken Hu və xanım Lifan Çen, habelə bir sıra şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib.
Görüşlərdə tərəflər arasında əlaqələrin inkişafı və genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Sammit barədə təəssüratlarını bölüşən nazir Əli Abbasov deyib ki, Azərbaycanın Dünya İqtisadi Forumunun iclaslarında fəallığı diqqəti cəlb edir. Prezident İlham Əliyevin Forumun illik iclaslarında iştirakı, Azərbaycanın Dünya İqtisadi Forumun keçirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilir. Budəfəki müzakirələr zamanı qlobal maliyyə və iqtisadi böhrandan çıxış yollarının tapılmasında əsas istiqamətlərdən biri kimi elmi, innovativ və texnoloji inkişafın daha da sürətləndirilməsi göstərilmişdi. Azərbaycan nümayəndə heyəti ölkəmizdə bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətlərini açıqlayıb, beynəlxalq təşkilatların Azərbaycanda bu sahədə inkişafa verilən qiymətə izahatlar verib. Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info