“Haber7”:“İŞİD” -i Amerika qoruyur”
Tarix: 12.09.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Mosuldan çıxan silah dolu maşınlar, “İŞİD” terroristlərini daşıyan maşın karvanları rahat şəkildə İraqdan Suriyaya gedir. Havadan həmin yola nəzarət edən ABŞ isə onları bombalamır...

Bəzi Qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab etsələr də, təcrübə göstərir ki, bu heç də belə deyil. Onlar öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır. Mövcud faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır. Qərb ölkələrinin “İŞİD”-lə bağlı ikiüzlü olduğu da bir daha ortaya çıxır. Həmin ölkələrdən biri olan Almaniyanın gördüyü “işlər” mövcud demokratiyadan xəbər verir. Qəzetimizdə koalisiya təyyarələri ilə “İŞİD”-i vuran Almaniyanın, əl altından təşkilatın İraq və Suriyadakı nefti beynəlxalq bazarlarda satdığını yazmışdıq. Bu gün bir sıra ölkələr, o cümlədən Türkiyə də təsdiq edir ki, “İŞİD”-in ən önəmli döyüşçü qaynağı məhz Avropadır. “İŞİD” İslamdan bir vasitə kimi istifadə etdiyi halda, bəzi mütəxəssislər də ABŞ-ın “İŞİD”-dən bir vasitə kimi istifadə etdiyini deyirlər.

Faysal el Kani: “İŞİD” terrorçuları gözümüzün önündən keçir, ancaq Amerikaya görə müdaxilə edə bilmirik”
“Haber7” saytının apardığı araşdırma nəticəsində “İŞİD” və ABŞ arasında birgə iş prosesinin olması dəlillərlə ortaya çıxıb. Silah yüklənmiş maşınlar “peşmərgə”nin (İraqdakı kürd ordusu) gözü qarşısında Şimali İraqdan çıxıb, Suriyaya gedir və heç kim onlara müdaxilə etmir. Amerika havadan o yol marşrutunu bombalamır. Beləliklə, “İŞİD”-i kimin ortaya çıxardığı məlumdur.
“İŞİD”-in iki önəmli qalası var ki, bunlardan biri İraqda Mosul, digəri isə Suriyada Rakkadır. Bu iki şəhər arasında “İŞİD” terroristləri “fəaliyyətdədir”, Mosuldan çıxan silah dolu maşınlarlar, “İŞİD” terroristlərini daşıyan maşın karvanları rahat şəkildə İraqdan çıxıb Suriyaya gedir, sonra da Rakkaya çatır. Terroristlərin marşrutları məlumdur, o yoldan keçən “İŞİD” maşınlarını kamera vasitəsilə çəkən xəbər kanalları, yayımlanan videolar var. Mosul-Rakka marşrutundakı əlaqə nöqtəsi İraqın Sincar bölgəsidir. O bölgə “peşmərgə”nin tabeliyindədir, ancaq “İŞİD”-ə qarşı əməliyyat səlahiyyətləri yoxdur. “Peşmərgə”nin Sincardakı bölgə nümayəndəsi Faysal el Kani, “Əl Cəzirə” televiziyasında açıq şəkildə anladıb ki, “İŞİD” terrorçularının gözlərinin önündən keçir, ancaq Amerikaya görə müdaxilə edə bilmirlər. “Peşmərgə” Sincardakı əlaqə yolunu kəssə, “İŞİD”-in Mosuldakı qolu-qanadı qırılacaq. Üstəlik adamların iki ən böyük şəhər arasındakı xətti qopmuş olacaq. Sincarı keçdikdən sonra işləri asandır, çünki İraq-Suriya sərhədinin o nöqtələri “İŞİD”-in əlindədir. Bu baxımdan həmin yer çox kritik bir ərazidir. “Peşmərgə” komandiri Əl Kani quru yolu göstərərək “bu yol” “İŞİD” üçün çox önəmlidir, bizim oranı kəsəcək gücümüz var, ancaq bölgənin havadan nəzarəti Amerikaya bağlıdır”- deyib. Yəni “İŞİD”-in istifadə etdiyi yolda Amerika hərbi təyyarələri gəzir. Arabir oraları bombalayır, amma məlumdur ki, kifayət etmir, çünki “İŞİD” karvanları ardıcıl keçməyə davam edir. “Peşmərgə”yə isə bildirilib ki, “oranı biz bombalayırıq, siz müdaxilə edərsizsə, siz də zərər görərsiniz”. “Peşmərgə” Şimali İraqda “İŞİD”-lə döyüşür, ancaq onlara Ərbil və ətrafındakı yerlər göstərilir. Orada “İŞİD”-lə əməliyyatlar həyata keçirilir, sonra isə “kor döyüşü” həftələrlə davam edən və heç bir nəticənin alınmadığı döyüşlər gedir. Əsas yerdə əməliyyat həyata keçirilmir. Amerika “mən mübarizə aparıram” deyir, amma “İŞİD”-in karvanları hələ də keçməkdə davam edir. Yəni Amerikanın əməliyyat qiyafəti altında “İŞİD”-i qoruması kimi bir vəziyyət ortaya çıxır. “İŞİD”-i bu vəziyyətə gətirənlər onların Mosulu bir gecədə almasına da imkan yaratdılar. Sonra Rakka ilə birlikdə bir qərargahları da İraqda oldu. Mosuldan Rakkaya xətt qurdular, Rakkadan gəlib Kobaniyə, Suruşa hücuma keçdilər. Belə bir məsəl var ki, “eyni cinsdən olan heyvanlar bir-birini dişləmirlər”. Bu da həmin misalın bir göstəricisidir. İstər “İŞİD”, istər PKK, istərsə də PYD olsun, onlar döyüşsələr də, bir-birlərinə zərərləri toxunmur.
Onu da qeyd edək, Amerikanın səlahiyyətli nümayəndəsi BBC-yə İraq-Suriya sərhədinin hər iki tərəfində “İŞİD”-in xardal qazı istifadə etməsi ilə bağlı ən az 4 hadisənin müəyyən edildiyini bildirib. O, “ İŞİD” xardaldan istifadə edir və biz bunu bilirik” deyib. Onun sözlərinə görə, xardal toz halında istifadə edilir və mərmi kimi partlayır. Bu mərmilər partladıqda xardal tozu, hücuma məruz qalanların bədənlərində qabarmalara yol açır. Həmin amerikalı “İŞİD”-in bu ölümcül silahları necə əldə etməsi ilə bağlı fikirlər də irəli sürür: “Kəşfiyyat idarələri belə hesab edir ki, burada ilk yol var - birinci, “İŞİD”-in bu silahları özlərinin istehsal etməsidir. Digər isə “İŞİD”-in İraq və Suriyada kimyəvi silah bazası tapmış olmasıdır. Kimyəvi silah olsaydı ABŞ ordusu İraqda qaldığı 10 ildə tapardı”. Onun fikrincə, ən inandırıcı yol “İŞİD”-in özlərinin istehsal etmələridir. Çünki xardal qazı istehsalı çətin bir kimyəvi silah deyil.
Beləliklə, bu gün bir çox Qərb ölkələrinin, o cümlədən Amerikanın “İŞİD”-ə heç də birmənalı yanaşmadığının, hətta qoruduğunun şahidi oluruq. Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti “İŞİD”-ə qarşı mübarizənin “uzunmüddətli bir kampaniya” olacağını demişdi. Bu gün Amerikanın həmin “kampaniya” daxilində kimyəvi silahdan istifadə edən “İŞİD”-i necə qoruduqlarını görmək olur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info