Dünya Çempionatında Toğrul Əsgərova haqsızlıq
Tarix: 12.09.2015 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarında 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya Çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasının rəsmi saytının məlumatına görə, dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə kişi sərbəst güləşçilər yarışıb.
Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparıb. Natalya Sinişin, Yuliya Ratkeviç və Nadya Muşka Sementsova, kişilərdən isə Toğrul Əsgərov yarışıb. 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natalya Sinişin mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşündə çinli Qianyu Panqla üz-üzə gəlib və rəqibinə 0:10 hesabı ilə uduzub. 58 kq çəkidə dünya və Avropa çempionumuz Yuliya Ratkeviç 1/16 finalda Rusiya idmançısı Natalya Qoltsa 4:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Burada ukraynalı Tetyana Lavrençuka 6:0 qalib gələn Ratkeviç 1/4 finala adını yazdırıb. Bu mərhələdə Qazaxıstan güləşçisi Ayim Abdildinanı 7:5 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala adlamaqla yanaşı, Rio-de Janeyro Olimpiyadasına vəsiqəni təmin edib. O, finala gedən yolda finlandiyalı Petra Maaritlə güləşib. Rəqibinə 6:8 hesabı ilə uduzan Ratkeviç bürünc medal uğrunda isveçli Malin Yohanna Mattssonla yarışıb və 4:0 hesabı ilə qalib gəlib. 63 kq-da yığmamızın digər üzvü Nadya Muşka Sementsova 1/16 finalda hindistanlı Anita Anita ilə münasibətlərinə aydınlıq gətirib. Lakin güləşçimiz ilk görüşündə rəqibinə 1:9 hesabı ilə uduzub. Avropa Oyunlarının qalibi Toğrul Əsgərov mübarizəyə 1/32 finaldan qoşulub. İlk görüşündə qazaxıstanlı Sayatbek Okassova 7:2 hesabı ilə qalib gələn Toğrul 1/16 finalda erməni Devid Safaryanla üz-üzə gəlib. Rəqibi üzərində 8:2 hesablı qələbə qazanan Əsgərov 1/8 finala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Avtandil Kençadzedən üstün olub - 9:2. Güləşçimiz 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Bu güləşçi ilə Toğrul ilk dəfə birinci Avropa Oyunlarının finalında qarşılaşmışdı və güləşçimiz təmiz qələbə ilə qalib gəlmişdi. Bu dəfə də görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya sıxa bilib. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirilib, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradılıb. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatılıb. Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük (12:3) güləşçimizə Rio Olimpiadasının yolunu açıb. Toğrul Əsgərov Dünya Çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin 5:15 hesablı qələbəsi ilə başa çatıb və güləşçimiz Dünya Çempionatını 5-ci sırada tamamlayıb. Qeyd edək ki, buna qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala yiyələnib. Artıq çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yunan-Roma güləşçilərimiz Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb. Yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info