Azərbaycan beynəlxalq indeksdə mövqeyini gücləndirib
Tarix: 12.09.2015 | Saat: 01:45:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Davam etdirilən islahatlar növbəti illərdə də Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyinin daha da güclənməsinə səbəb olacaq”

Dünyanın aparıcı kredit reytinq agentliyi olan “Fitch” təşkilatının qiymətləndirməsində Azərbaycanın stabil yerini qoruyub saxlamasından qısa müddət sonra ölkəmiz digər bir nüfuzlu indeksdə mövqeyini ciddi şəkildə gücləndirib. Belə ki, mərkəzi ofisi ABŞ-da yerləşən və müstəqil qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Büdcə Əməkdaşlığının açıqladığı növbəti “Acıq Büdcə İndeksi - 2015” hesabatına əsasən Azərbaycan üzrə Açıq Büdcə İndeksi 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9 bal artaraq 51 bal təşkil etməklə dünya üzrə orta göstəricidən (45 bal) 6 bal yüksək olub. Həmçinin, sorğuda iştirak edən ölkələr arasında da Azərbaycanın mövqeyi 16 pillə yüksələrək 42-ci yerdə qərarlaşıb. Qeyd edək ki, “Açıq Büdcə İndeksi” 140 sualdan ibarət olan “Açıq Büdcə Sorğusu”nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökumət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.

Hər iki uğuru şərh edən iqtisadçı alim Vüqar Bayramov qəzetimizə bildirdi ki, son zamanlar ölkəmizin beynəlxalq hesabatlarda yerinin daha da yaxşılaşması olduqca müsbət haldır: “Bu, Azərbaycanda həyata keçirilən dayanıqlı iqtisadi islahatlara beynəlxalq qiymət kimi dəyərlədirilə bilər. “Açıq Büdcə İndeksi”ində Azərbaycanın mövqeyinin daha da yaxşılaşması Maliyyə Nazirliyi tərəfindən büdcə məlumatlarına nəinki dövlət qurumlarının və ya vətəndaş cəmiyyətinin, hətta adi vətəndaşların çıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. Artıq hər bir vətəndaş nazirliyin internet səhifəsinə daxil olmaqla büdcə məlumatlarını sərbəst və heç bir baryer olmadan əldə edə bilir. Eyni zamanda, büdcənin layihələndirilməsi, icrası ilə bağlı hesabatlar və eləcə də inkişaf proqnozları daxil olmaqla iqtisadi izahatlar beynəlxalq standartlara uyğun olaraq hazırlanmaqdadır. Bütün bunlar ölkəmizdə büdcə şəffaflığının ciddi şəkildə gücləndiyindən xəbər verir”.
Vüqar Bayramov dedi ki, “Açıq Büdcə İndeksi” kifayət qədər nüfuzlu hesabat olmaqla yanaşı, dövlət maliyyəsi sahəsində islahatları qiymətləndirməyə imkan verir. “Azərbaycanda maliyyə sferasında son illər aparılan islahatlar məhz özünü sözügedən hesabatın qiymətləndirmələrində də göstərməkdədir”,-deyə o əlavə etdi.
İqtisadçı alim eyni zamanda dedi ki, digər beynəlxalq təşkilat - “Fitch" reytinq agentliyi dünyanın tanınmış kredit reytinq agentliklərindən biridir və ölkələrin kredit reytinqini müəyyənləşdirir: “Bu qurum ölkələrin kredit reytinqlərini müəyyənləşdirən zaman ölkədəki mövcud vəziyyət və eyni zamanda gələcək inkişafla bağlı proqnozları nəzərə alaraq dəqiq qiymətləndirmə aparır. Neftin dünya bazarında qiymətinin aşağı düşməsinə və eləcə də qlobal çətinliklərə baxmayaraq, Azərbaycanın reytinqi sabit olaraq “BBB” kimi dəyərləndirilib”.

Azərbaycan üzrə Açıq Büdcə İndeksi 9 bal artaraq 51-ə çatıb ki, bu da dünya üzrə orta göstəricidən 6 bal yüksəkdir

“Fitch" reytinq agentliyi dünyanın aparıcı kredit reytinq təşkilatlarından biri olduğu üçün onun bizim ölkəmizlə bağlı sabit reytinqi xaricdə Azərbaycan iqtisadiyyatına inamın formalaşdırılması və inamın saxlanması baxımından olduqca vacibdir”.
Vüqar Bayramov dedi ki, adıçəkilən agentliyin sabit reytinqi ölkə iqtisadiyyatına inam gətirir. Azərbaycan iqtisadiyyatına xarici inamın daha da artırılması baxımından bu reytinq ölkəmiz üçün olduqca vacibdir: “Bu, birbaşa iqtisadiyyatımızn beynəlxalq imicinin göstəricisidir. Son reytinq Azərbaycana xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Çünki həmin reytinq agentliyinin verdiyi qərar birbaşa həmin ölkəyə cəlb edilən investisiyanın həcminə təsir göstərir. İnsanlar ölkəyə investisiya yatıran zaman “Fitch" reytinq agentliyinin reytinqlərini nəzərə alırlar və eyni zamanda həmin reytinqə uyğun olaraq investisiya qərarları verirlər. Bu, dünya bazarında neftin kəskin ucuzlaşması fonunda qeyri-neft sektorunun inkişafına investisiyaların cəlb olunması baxımından çox vacibdir. “Fitch" reytinq agentliyinin qərarı Azərbaycan şirkətlərinin xaricdə yerləşdirdiyi qiymətli kağızların və səhmlərin faizinə təsir göstərir və imkan verir ki, Azərbaycan şirkətləri, o cümlədən Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti daha məqbul şərtlərlə və daha az faizlə öz qiymətli kağızlarını yerləşdirə bilsinlər. Yəni bu ona imkan verir ki, Azərbaycan şirkətləri və fondları daha az faiz borcu ödəməklə qiymətli kağızlarını Avropa bazarına yerləşdirmək imkanları qazansın. “Fitch” reytinq agentliyinin reytinqi birmənalı şəkildə ölkənin aparıcı şirkətlərinin xaricdə yerləşdirdikləri səhmlərin faizinə müsbət mənada təsir göstərir”.
İqtisadçı alimin fikrincə, bu reytinq imkan verir ki, Azərbaycan maliyyə qurumları daha aşağı faizlə beynəlxalq maliyyə institutları, Avropa və ABŞ-da olan banklardan kreditlər cəlb edə bilsinlər: “O baxımdan təbii ki, reytinq Azərbaycan bankları və maliyyə qurumları üçün olduqca vacibdir. Həmçinin bu reytinq Azərbaycan iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda nəzərə alsaq ki, “Fitch” reytinq agentliyi öz hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı pozitiv proqnozlar yerləşdirib, bu, nəinki ölkəmizin hazırkı iqtisadi vəziyyəti, yaxın və orta müddətli dövrdə də iqtisadiyyatımızda pozitiv mənzərənin formalaşmasına imkan yaradacaq”. Vüqar Bayramov bildirdi ki, son zamanlar beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin daha yaxşılaşması birbaşa Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşan islahatların nəticəsidir: “Məhz dövlət başçısının siyasi iradəsi ölkəmizdə şəffaflığın daha da gücləndirilməsinə, uğurlu və davamlı iqtisadi islahatların həyata keçirilməsinə səbəb olub. Azərbaycan Prezidentinin bütün müşavirə və toplantılarda şəffaflığın və səmərəliliyin daha da gücləndirilməsi barədə öz tapşırıq və göstərişlərini verməsi xalqımızın bütün maliyyə göstəricilərinin çıxış imkanlarının genişləndirilməsi üçün zəmin yaradıb. O baxımdan artıq formalaşmaqda olan “Şəffaf Azərbaycan” modeli məhz ölkə Prezidentinin siyasi iradəsi nəticəsində mümkün olub”. İqtisadçı alim bildirdi ki, davan etdirilən islahatlar növbəti illərdə də Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyinin daha da güclənməsinə səbəb olacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info