Milix Yevdayev “Jewish Journal”da Azərbaycan haqqında yazdı
Tarix: 14.09.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Los-Ancelesdə nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin “Bayramlar haqqında Azərbaycanda düşündüklərim - sevinc və dostluq ili” adlı məqaləsi dərc edilib.
Məqalədə müəllif cari ildə Azərbaycanın yəhudi icması üçün əhəmiyyətli hadisələr haqqında yazır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Roş-Ha-Şana bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına illik təbrik məktubu əlamətdar hadisədir. Müraciətdə dövlət başçısı ölkənin yəhudi icmasına dərin minnətdarlığını ifadə edir. M.Yevdayev qeyd edir ki, müsəlman ölkəsinin liderinin bu nümunəsi haqda bütün dünya bilməlidir.
Sonra o, Los-Ancelesdəki Sinay sinaqoquna səfəri ilə bağlı təəssüratlarını bölüşür. Ravvin Devid Uolpun rəhbərlik etdiyi bu sinaqoqun üzvləri Bakıdakı dağ yəhudiləri sinaqoquna Tövrat nüsxəsi hədiyyə ediblər.
Müəllif Los-Ancelesdəki Piko Şul sinaqoqunun ravvini Yon Bukstaynın sanballı dəstəyini də qeyd edərək vurğulayır ki, o, sinaqoqda Xocalı soyqırımının qurbanlarının xatirəsinə dua oxunması üçün imkan yaradıb.
Azərbaycanın Dağ Yəhudiləri İcmasının sədri daha sonra qeyd edir ki, bu il o, Nyu-Yorkda yaşayan və öz vətəninə - Azərbaycana səfər etmiş çoxsaylı dağ yəhudiləri ilə görüşüb. M.Yevdayev yazır ki, o, İtaliyada, Almaniyada və Fransada səfərdə olub, ölkəmizdə minilliklər boyu mövcud olan dinlərarası sülh sahəsində Azərbaycanın uğurları barədə həmin ölkələrdə söhbət açıb.
Məqalənin sonunda Milix Yevdayev Azərbaycanın yəhudi icması adından hamıya uğurlu Yeni il arzulayıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info