Əli Həsənov: “Avropa dövlətləri satqın, riyakar deputatları geri çağırmalıdır”
Tarix: 14.09.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə bağlı qaçqın və məcburi köçkünlər adından bu quruma və Azərbaycan prezidenti İlham Əliyevə müraciət olunacaq. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.Ə. Həsənov müraciətin mətninin hazırlanması barədə tapşırıq verib.
İclasla çıxış edən millət vəkili Bəxtiyar Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli xarakter daşıdığını, avroparlamentarların qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarına laqeyd münasibət bəslədiklərini vurğulayıblar.
Millət vəkili Elman Məmmədov deyib ki, Avropa Parlamenti 1988-ci ildə Ermənistan SSR-in qorunmasını SSRİ rəhbərliyindən tələb edib, Azərbaycan torpaqlarının işğalı dövründə də Ermənistana dəstək xarakterli addımlar atılıb: “Avropa Parlamentindəki İtaliya və digər ölkələrin parlamentarları arasında erməni deputatlar var. Bu qətnamələr fraksiyalarda hazırlanır. Biz ilk növbədə özümüzə sual verməliyik ki, niyə fəal işləməmişik?”
E. Məmmədov qeyd edib ki, Avropa Parlamenti səlahiyyətlərini aşaraq Azərbaycanın daxili işlərinə qarışır: “Bu, hüquq pozuntusudur. Biz Avropa Parlamentinin bu addımından BMT Təhlükəsizlik Şurasına müraciət etməliyik. Bunlar Liviyanın, Müəmmər Qəddafinin, İraqın, Səddam Hüseynin, Misirin başına nə oyunlar açdılar, bu ölkələrin milyardlarla vəsaitini mənimsədilər. Bəlkə indi də Azərbaycanın vəsaitlərini mənimsəmək istəyirlər?..”
Komitə sədri Əli Həsənov isə bildirib ki, hər bir dövlət Avropa Parlamentinə göndərdiyi deputatları özü müəyyənləşdirir: “Ona görə də həmin Avropa dövlətləri bu satqın, riyakar deputatları geri çağırmalı, obyektiv mövqeli deputatları Avropa Parlamentinə göndərməlidirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info