Ə.Həsənov: “Avropa Parlamentinin Azərbaycanla bağlı belə bir qətnamə qəbul etmək səlahiyyəti yoxdur“
Tarix: 14.09.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, əcaib qətnamə qəbul edib. Biz bu qətnaməyə münasibət bildirməkdən kənarda qala bilməzdik. Qətnamədə 20 bənd insan haqlarının pozulması ilə bağlı iddialardır, 21 bənd isə müxtəlif məsələlərə həsr olunub”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Avropa Parlamenti Avropa İttifaqına daxil olan 28 dövləti təmsil edir, 751 deputatdan ibarətdir: “Bu səsvermədən 600-dan çox deputat iştirak edib. Avropa Parlamentinin əsas üç səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Azərbaycanla bağlı belə qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının, Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artdığını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun təsirinin nəticəsidir”. Ə. Həsənov bildirib ki, 2012-ci ilin martında onu Brüsselə dəvət ediblər: “Avropa Parlamentinin rəhbəri mənə mətbuatdan qapalı görüş keçirmək və görüşə Azərbaycanın səfirini gətirməməyi təklif etdi. Mən də dedim ki, görüşə getmirəm. Bunlar insan haqlarından danışırlar, ancaq görün görüşü necə keçirməyi təklif edirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info