C.Bayramov: “Son iki ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin edilib”
Tarix: 14.09.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


”Bu günün və sabahın direktorları” layihəsi çərçivəsində 2014-cü ildə 15 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb”. Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı”nda çıxışında deyib. O bildirib ki, 2015-ci tədris ilində təlimlərdə 162 nəfər iştirak edib və çoxmərhələli seçim əsasında 24 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb: “Son iki ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin edilib”. Nazir müavini elektron informasiya sisteminə əmək müqavilələrinin bağlanmasına dair 39775 ədəd bildiriş daxil edildiyini söyləyib: “46 min 105 nəfər təhsil işçisinin elektron kadr uçotu yenidən aparılıb və bununla da tam şəffaf bir məlumat bazası yaradılıb. Təhsil alan 300 mindən artıq şagird elektron üsulla proqrama daxil edilib, sağlamlıq imkanları məhdud 4276 nəfər uşağın elektron uçotu aparılıb”. C. Bayramov qeyd edib ki, BŞTİ‐yə tabe olan 319 təhsil müəssisəsinin saytı fəaliyyət göstərir: “87 məktəbdə 3006 uşaq məktəbə hazırlıq kurslarını uğurla bitirib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info