“Müsabiqə nəticəsində 427 nəfər müəllim işə qəbul edilib“
Tarix: 14.09.2015 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


“Hesabat dövründə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı keçirdiyi müsabiqəyə ümumilikdə 644 vakant yer çıxarılıb”. Bunu təhsil nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı” zamanı deyib.
C. Bayramov bildirib ki, vakant yerlərin 375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub: “Təhsil Nazirliyinin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlar, şəhərlər üzrə 51 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib. Müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin I, II və III turları nəticəsində 427 nəfər müəllim işə qəbul edilib”. Nazir müavininin sözlərinə görə, məktəbdənkənar təhsil müəssisələrində 2 862 dərnəkdə 34 776 uşaq məşğul olub: “Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq mərkəzləri və idman məktəblərində dərnək, klub və studiyalara cəlb edilməsi həyata keçirilib”.
C. Bayramov qeyd edib ki, “Dahi şəxsiyyət barədə dərslər” layihəsi üzrə 2014 - 2015-ci tədris ilinin noyabr-may ayları ərzində Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi məqsədi ilə lektoriyalar təşkil edilib. Onun sözlərinə görə, mühazirə-dərslərdə Bakıda fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin 22 453 XI sinif şagirdi iştirak edib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info