Erməni saxtakarlığına qarşı mübarizə gücləndirilir
Tarix: 14.09.2015 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Milli Məclisin payız sessiyasında “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bu barədə “Trend”ə Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, qanun layihəsində bir çox məsələlər öz əksini tapıb: “Kulinariya bir xalqın mədəniyyətidir, mədəniyyət tarixinin tərkib hissəsidir. Kulinariyada yeməklərin adları var, təqdimetmə üsulları və s. məsələlər var. Bəzən bir xalq başqa bir xalqın yeməyini qəbul edir, ancaq adını, çeşidini dəyişir. Yəni ad dəyişilirsə, bu, mədəniyyət məsələsidir. Bir müddət öncə ortaya lavaşla bağlı mübahisə çıxdı. Çoxlu sayda belə məqamlar var ki, burada biz öz mədəniyyətimizi müdafiə etməliyik. Mədəniyyətlə bağlı qanunların bir hissəsinin məzmunu ondan ibarətdir ki, mədəniyyət qorunsun, sənə aid olan mədəniyyətin konturları müəyyənləşdirilsin”.
O da bildirilib ki, qanun layihəsinin qəbulu ermənilərin Azərbaycan mətbəxi nümunələrini mənimsəməsinə qarşı mübarizənin gücləndirilməsinə də öz töhfəsini verəcək: “Ermənilərin Azərbaycan mətbəxi nümunələrini mənimsəməsinə qarşı mübarizə, təbliğat həmişə aparılır, bununla yanaşı, qanun olanda istər-istəməz biz öz mədəniyyətimizi qanunla daha fəal şəkildə müdafiə edə bilirik”




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info