Bəzi avtobuslar xətdən kənarlaşdırılır
Tarix: 14.09.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


14 sentyabr tarixindən “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.
Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. – Ə.Yaqubov küç. – 20-ci sahə olacaq. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı marşrut avtobusları xətdən kənarlaşdırılacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “BakuBus” MMC-yə məxsus 5 saylı marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərmişdir. Sabahdan etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyət göstərəcək.
Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı marşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətləri saxlanılıb.
Hərəkət istiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunmuşdur. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info